Mühasibat uçotunu qanunvericiliyə uyğun aparır, 3 il təcrübə və 1C bilik tələb olunur.
Vakansiya haqqında
İş qrafiki:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- İstirahət günü: Şənbə,bazar
Şərtlər:
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
- Ofis ünvanı: Nizami rayonu, Qara Qarayev, 87 (Lotos ticarət mərkəzinin arxası)
Vəzifə öhdəlikləri
- Cəmiyyətin maliyyə-təsərrüfat mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti;
- Bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat - maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
- 1 C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
- İş və xidmətlərin maya dəyərini hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri-istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
- Mədaxil/məxaric pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarəti;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
- Pul vəsaitlərinin mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak etmək;
- Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq rüblük və illik hesabatları vaxtında təqdim etmək;
- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
- Maliyyə hesablarını (Balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və.s) hazırlamaq;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin etmək;
Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
- PMS sertifikatı;
- Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə təcrübəyə malik olmaq;
- Mühasibat proqramlarında (1C, MS Office) işləmək bacarığı;
- Yaş həddi: 35-50;
- Cins: Xanım
- Mühasib kimi ən azı 5 il iş təcrübəsi;
- Azərbaycan dilini bilməsi zəruridir, Rus dilini bilməsi arzuolunandır;
- Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
- Komanda ilə işləmə bacarığının olması.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Baş mühasib üzrə bazar adətən 1 400–2 500 ₼ ödəyir, median — 1 950 ₼.
59 açıq vakansiya, 43 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Baş mühasib kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 09:00 – 18:00 arasındadır.
İş yeri Bakı şəhərindədir.
Mühasib kimi ən azı 5 il iş təcrübəsi tələb olunur.
Ali təhsil Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində olmalıdır.
Müraciət üçün CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBaş mühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotunu idarə edir, vergi və əmək haqqı hesabatlarını hazırlayır, 5 il təcrübə tələb olunur.
Mühasibatlıq əməliyyatlarını 1C proqramında idarə edir və maliyyə hesabatlarını hazırlayır.
Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu idarə edir və 1C proqramında sərbəst işləməyi bacarır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




