Vakansiya haqqında

İş yerinin ünvanı: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km

Əsas vəzifə və öhdəliklər:

  • Əsas vəsaitlərin reyestri;
  • Mühasibat uçotunun və dövlət orqanlarına maliyyə hesabatlarının hazırlanması;
  • Xammal, tara və hazır məhsulun qalığının aylıq inventarizasiyası və aktlaşdırılması;
  • Xarici alışların və yük-gömrük bəyannamələrinin uçotu;
  • Təsərrüfat malları, xammal-material, ehtiyat hissələrinin uçotu və silinməsi;
  • Pul vəsaitlərinin və digər vəsaitlərin qəbulu, qorunub saxlanılmasını təmin edən qaydalara riayət olunması, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatların yerinə yetirilməsi;
  • Ödənişlərin təsdiq olunması üçün onların müvafiq müəssisə daxili mühasibatlıq proqramında qeydiyyatının aparılması;
  • Nağd vəsait və ödəniş qəbzlərinin qəbul edilməsi;
  • Yerli və xarici valyuta mübadiləsi əməliyyatlarının aparılması;
  • Əmək haqqı, mükafatlar və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq hesablanması;
  • Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparmaq, pulun faktiki məbləğini kitabçadakı qalıqla yoxlamaq, kassa hesabatını tərtib etmək;
  • Hesablaşma hesabında əməliyyatların aparılması, ödəniş tapşırığının yazılması, bank çıxarışlarının qeydiyyatının aparılması
  • Vergi və toplanmış pulun respublika və yerli büdcələrə, sığorta haqqlarının dövlət büdcədənkənar sosial fondlara, ödəmələrin bank idarələrinə əlavə edilməsi və keçirilməsi;
  • Əmrlərə əsasən məzuniyyətlərin, ezamiyyələrin, ixtisasartırma kurslarının, müavinətlərin, əmək qabiliyyətinin olmaması vərəqəsinin, işdən azad olanların, o cümlədən sağlamlıq və ya qocalıq ilə əlaqədar işdən azad olanların hesablamalarının həyata keçirilməsi və qeydiyyatı;
  • Mühasibat uçotunu və dövlət orqanlarına maliyyə hesabatlarının hazırlanması;
  • Əmək haqqı və digər gəlirlər barədə informasiyanın məlumat bazasına daxil edilməsi və hesabatının aidiyyəti üzrə təqdim edilməsi;
  • Hazır məhsul satışının uçotunun aparılması;
  • Təsərrüfat malları, qida, ehtiyat hissələrinin uçotu və silinməsi;
  • Sifarişçilər tərəfindən edilmiş ödənişlərin qeydiyyatının aparılması və müştərilərlə əlaqədar məlumatları yenilənməsi;
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak və onlar üzrə müvafiq aktların rəsmiləşdiriliməsi;
  • Təhtəlhesablarla hesablaşmanın aparılması;
  • İdarə, müəssisə və təşkilatlar tərəfindən göstərilən xidmətlərin uçotunun aparılması;
  • Hesab-fakturaların və qaimə-fakturaların hazırlanması və icrası;
  • Nəqliyyat (ehtiyat hissələri və yol vərəqələri) və logistika xərclərinin uçotu;
  • Yanacaq hesabatlarının əldə edilməsi və uçotunun aparılması;
  • Debitor və kreditorların üzləşdirilməsi;
  • Yaşlanma cədvəli (kreditorlar və debitorlar üzrə);
  • Fəaliyyət sferası çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil.
  • Tikinti materiallarının istehsalı və satışı sektorunda minimum 3 illik təcrübə.
  • MS Office və 1C ERP proqramlarında işləmək bacarığı.
  • Rəqəmlərlə işləmə bacarığı və analitik düşüncə
  • PMS sertifikatları
  • (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır

İş şəraiti:

  • 5 günlük iş qrafiki: saat 09:00-18:00;
  • Əmək haqqı: 3 500 Azn (başlanğıc olaraq);
  • İş yerinin ünvanı: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km. (İş yerinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək)

Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək.

Uyğun namizədlərdən CV-lərini “Baş mühasib” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yerləşmə
Abşeron
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
3 500 ₼
Yerləşdirilib
9 sentyabr 2026
Son tarix
25 sentyabr 2026

Şirkət haqqında

Karo JV Azerbaijan
Tikinti materiallarının istehsalı, Emal sənayesi · Baku

“Karo JV Azerbaijan” MMC 2026-cı ildə yaranmışdır. Müəssisədə 100-dən çox çeşid olmaqla müxtəlif ölçülərdə keramoqranit, kafel və metlax istehsalı nəzərdə tutulur.

Karo JV Azerbaijan — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

AZIN Construction
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Şirkətin mühasibat uçotunu təşkil edir və 3 il təcrübəsi olan mühasibatlıq bilikləri tələb olunur.

AccountingFinancial ReportingFinancial AnalysisInventory Management+8
Müraciət etAsan müraciətAsan müraciət
One Touch Trade & Logistics
Middle · 2–3 ilBakı
Maaş göstərilməyib

Şirkətin maliyyə və mühasibat əməliyyatlarını aparır, 2-3 il mühasibat təcrübəsi tələb olunur.

Financial AccountingElectronic InvoicingFinancial ReportingBank and cash operations+7
Müraciət etAsan müraciətAsan müraciət
Groupone
Senior · 5+ ilBakı
2 500–3 000

Maliyyə və mühasibat uçotunu idarə edir, 5 il təcrübə və peşəkar sertifikat tələb olunur

Financial AccountingFinancial ReportingInventory ManagementLeadership+11
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
3 500 ₼
Baş mühasib
Müraciət et