Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Gəncə şəhərində fəaliyyət göstərmək üçün peşəkar və təcrübəli Baş Mühasib axtarışındayıq.
Əsas vəzifə öhdəlikləri:
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və aparılması;
Vergi, maliyyə və statistik hesabatların hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
Vergi qanunvericiliyinin tələblərinə uyğun uçotun aparılmasına nəzarət;
Debitor və kreditor borclarının uçotunun və üzləşmələrin aparılması;
Bank əməliyyatlarının, ödənişlərin və hesablaşmaların icrasına nəzarət;
Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanmasına nəzarət;
Daxili və xarici audit yoxlamaları zamanı zəruri məlumatların hazırlanması;
Rəhbərliyə maliyyə hesabatlarının və analitik məlumatların təqdim edilməsi.
Tələblər:
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
İstehsal sahəsində minimum 5 il Baş Mühasib və ya analoji vəzifədə iş təcrübəsi;
1C proqramında sərbəst işləmək bacarığı;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu üzrə normativ aktlar barədə dərin biliklər;
PMS sertifikatı
ACCA üzrə hər hansı sertifikatın olması üstünlükdür;
Rus dili biliyi arzuolunandır;
Gəncə şəhərində yaşaması mütləqdir.
Şəxsi keyfiyyətlər:
Analitik düşüncə;
Yüksək məsuliyyətlilik;
Liderlik və komanda idarəetmə bacarığı;
Dəqiqlik və operativlik.
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

