Baş mühasib / vergi mütəxəssisi

CCN Holding

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
25 iyul 2026

Vakansiya haqqında

CCN İnşaat komandamıza peşəkar və məsuliyyətli Baş Mühasib və Vergi Mütəxəssisi axtarır.

İşin təsviri

  • Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və şirkətin daxili prosedurlarına uyğun aparılması;
  • Maliyyə, mühasibat və vergi uçotunun tam və düzgün təşkili;
  • Vergi, DSMF, statistika və digər dövlət orqanlarına hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;
  • ƏDV, mənfəət vergisi, gəlir vergisi, ödəmə mənbəyində vergi və digər vergi öhdəliklərinin hesablanması və nəzarətdə saxlanılması;
  • Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
  • E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sistemlərlə işləmək;
  • Bank, kassa və ödəniş əməliyyatlarının icrası və uçotunun aparılması;
  • Debitor və kreditor borclarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;
  • Müqavilələrin vergi və maliyyə baxımından təhlil edilməsi;
  • Vergi yoxlamaları və müstəqil audit proseslərində şirkətin təmsil olunması;
  • Rəhbərlik üçün aylıq maliyyə və idarəetmə hesabatlarının hazırlanması;
  • Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsi və saxlanılması;
  • Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və fəaliyyətə tətbiq edilməsi.

Vəzifə üzrə tələblər

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
  • Baş mühasib, vergi mütəxəssisi və ya analoji vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyini mükəmməl bilmək;
  • Vergi hesabatları və dövlət elektron portalları ilə işləmək bacarığı;
  • 1C, BTP, e-Taxes, e-Gov, e-QaiməMS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Vergi hesablamaları, əmək haqqı və maliyyə hesabatları üzrə praktiki təcrübə;
  • Analitik düşünmə, yüksək məsuliyyət və dəqiqlik;
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı;
  • Tikinti sektorunda iş təcrübəsi üstünlük hesab olunur.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Mühasibatlıq XidmətləriMiddle13 gün əvvəl
AccountingFinancial Reporting1C 8.3
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş mühasib / vergi mütəxəssisi
Müraciət et