Tikinti layihələrinin maliyyə və mühasibat uçotunu idarə edir, 3-5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Şirkətimizə mühasibatlıq və maliyyə proseslərinin idarə olunması üzrə təcrübəli Baş mühasib axtarılır.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun şəkildə təşkil və idarə edilməsi;
- Vergi, mühasibat və maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
- ƏDV, mənfəət vergisi, əmək haqqı və digər vergi öhdəliklərinin düzgün hesablanmasına nəzarət;
- Vergi orqanları və digər dövlət qurumları ilə yazışmaların və proseslərin idarə olunması;
- Bank əməliyyatlarına, kassa və ödənişlərə nəzarət;
- Debitor və kreditor borcların uçotunun aparılması və nəzarətdə saxlanılması;
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
- İlkin mühasibat sənədlərinin düzgünlüyünə nəzarət;
- Mühasibatlıq üzrə daxili proseslərin və sənəd dövriyyəsinin təşkili;
- Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması;
- Mühasibatlıq komandasının işinin koordinasiyası və nəzarəti.
Namizədə tələblər:
- Mühasibatlıq sahəsində ən azı 10 il iş təcrübəsi;
- Baş mühasib vəzifəsində iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yaxşı bilmək;
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
- 1C və MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə və yüksək məsuliyyətlilik;
- Detallara diqqətli yanaşma;
- Komandanı idarə etmək və iş proseslərini koordinasiya etmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Əmək haqqı: namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə əsasında;
- Stabil və peşəkar iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində "Baş Mühasib" qeyd olunmalıdır.
Şirkət haqqında
Nimpex MMC 2011-ci ildə təsis olunub. Şirkətin əsas fəaliyyəti IT network məhsullarının satışı və xidmətidir. Bu sahədə bir çox aparıcı dünya brendləri ilə (HP, Cisco, Lenovo, Dell, Huawey, Apple, Ubiquiti Networks və s.) əməkdaşlıq edilir.
Nimpex — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Müəssisənin maliyyə və mühasibat uçotunu idarə edir, 7 il təcrübə tələb olunur.
Maliyyə əməliyyatlarının uçotunu idarə edir və vergi hesabatlarını hazırlayır, 5 il təcrübə tələb olunur
Mühasibatlıq işlərini aparır, maya dəyərinin formalaşmasını və hesabatların hazırlanmasını təmin edir, 2-3 il təcrübə tələb olunur.



