Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Müəssisənin maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun düzgün və vaxtında aparılmasına nəzarət etmək;
  • Vergi, maliyyə, statistika və digər dövlət hesabatlarının vaxtında və düzgün hazırlayıb təqdim etmək;
  • Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
  • Mühasibatlıq şöbəsinin fəaliyyətini və əməkdaşların işini koordinasiya etmək, onlara nəzarəti həyata keçirmək.

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübəyə üstünlük verilir);
  • Mənfəət vergisi, Əlavə Dəyər Vergisi (ƏDV), aksiz vergisi, əmlak vergisi və digər vergi bəyannamələrinin hazırlanması və vergi orqanlarına təqdim edilməsi üzrə yüksək səviyyədə praktiki biliklər;
  • Maliyyə hesabatlarının hazırlanması və müvafiq dövlət qurumlarına təqdim edilməsi sahəsində bilik və bacarıqlar;
  • Təsərrüfat əməliyyatlarının, ödənişlərin, müqavilələrin və sənəd dövriyyəsinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına nəzarət edilməsi;
  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsinin təmin edilməsi;
  • Debitor və kreditor borclarına, pul vəsaitlərinin hərəkətinə və kredit əməliyyatlarına nəzarət edilməsi;
  • Əmək haqqı, məzuniyyət, ezamiyyət və xəstəlik vərəqələrinin hesablanması və işçilərlə hesablaşmalara nəzarət edilməsi;
  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və pul vəsaitlərinin inventarlaşdırılmasının təşkili;
  • Audit proseslərinin koordinasiyası, dövlət qurumları ilə yazışmaların aparılması və yoxlamalar zamanı şirkətin maraqlarının təmsil olunması;
  • Maliyyə nəticələrinin təhlili, daxili nəzarət prosedurlarının təkmilləşdirilməsi və rəhbərliyə təkliflərin təqdim edilməsi;
  • 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
  • Elektron dövlət informasiya sistemləri və portalları ilə işləmək bacarığı;
  • Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama bacarıqları;
  • Komandanın idarə olunması, işin təşkili və effektiv ünsiyyət bacarıqları;
  • Yüksək məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə ciddi riayət etmək;
  • Peşəkar Mühasib Sertifikatının (PMS – MHBS) olması üstünlük hesab edilir.

Digər şərtlər:

  • Əmək haqqı: 2000-2500 Azn (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir);
  • İş qrafiki 5 günlük, 09.00-18.00;
  • Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 000–2 500 ₼
Yerləşdirilib
24 avqust 2026
Son tarix
8 sentyabr 2026

Şirkət haqqında

PROES
Peşəkar, elmi və texniki fəaliyyətlər, Mühəndislik xidmətləri · Baku

Hər bir layihənin uğurlu gedişatı və başa çatması üçün sifarişçi və icraçı arasında doğru kommunikasiyanın qurulması və iş prinsiplərinə riayət etməsi əsasdır.

PROES — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Groupone
Senior · 5+ il
2 500–3 000

Maliyyə və mühasibat uçotunu idarə edir, 5 il təcrübə və peşəkar sertifikat tələb olunur

Financial AccountingFinancial ReportingInventory ManagementLeadership+11
Müraciət etAsan müraciətAsan müraciət
Madina Group
Senior · 5+ il
Maaş göstərilməyib

Maliyyə və mühasibat uçotunu idarə edir, 5 il təcrübə və peşəkar sertifikat tələb olunur.

Financial AccountingFinancial ReportingInventory ManagementLeadership+10
Müraciət etAsan müraciətAsan müraciət
AZERMASH
2–3 il
1 0006 gün qalıb

Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə mühasib tələb olunur.

1C 8.3Financial ReportingInventory ManagementTax Reporting+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
2 000–2 500 ₼
Baş mühasib
Müraciət et