Vakansiya haqqında

İş haqqında məlumat

Qida istehsalı və distribusiya şirkətinə “baş mühasib” vakant vəzifəsini elan edirik!

  • Mühasibat uçotunun qanunvericiliyin və şirkətin daxili prosedurlarının tələblərinə uyğun şəkildə təşkil və idarə olunmasını təmin etmək;
  • Mənfəət və zərər haqqında hesabat (P&L / Income Statement), Balans hesabatı (Balance Sheet) və Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (Cash Flow Statement) daxil olmaqla maliyyə hesabatlarını hazırlamaq;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının vaxtında və düzgün hazırlanmasını təmin etmək;
  • Mühasibat uçotu məlumatlarının düzgünlüyünü, tamlığını və ardıcıllığını yoxlamaq;
  • Bank hesabları, kassa əməliyyatları və digər pul vəsaitlərinin hərəkəti üzrə uçotu aparmaq və üzləşdirmələr həyata keçirmək;
  • Debitor və kreditor borclarına nəzarət etmək, borcların hərəkətini və ödənişlərin vaxtında həyata keçirilməsini izləmək;
  • Təchizatçılar, müştərilər və digər qarşı tərəflərlə hesablaşmaların uçotunu aparmaq və mütəmadi üzləşdirmələr həyata keçirmək;
  • Anbar, xammal, material və hazır məhsul qalıqlarının mühasibat uçotu ilə faktiki qalıqlarının uyğunluğuna nəzarət etmək;
  • İnventarizasiya proseslərinin təşkilində və nəticələrinin uçotda əks etdirilməsində iştirak etmək;
  • Logo Tiger ERP proqramında mühasibat uçotu, maliyyə və əməliyyat məlumatlarının idarə edilməsini təmin etmək;
  • İstehsal, satış, satınalma və anbar əməliyyatlarının maliyyə uçotu ilə düzgün inteqrasiyasına nəzarət etmək;
  • İstehsal xərclərini, məhsulun maya dəyərini və digər əməliyyat xərclərini təhlil etmək;
  • Xərclərin strukturunu və dinamikasını təhlil etmək, optimallaşdırma imkanlarını müəyyənləşdirmək;
  • Mənfəətlilik, likvidlik, pul axını və dövriyyə kapitalı üzrə maliyyə təhlilləri aparmaq;
  • Cash Flow Forecast hazırlamaq və faktiki pul axınlarını proqnoz və plan göstəriciləri ilə müqayisə etmək;
  • Büdcə və faktiki maliyyə nəticələri arasında fərqləri (*Budget vs Actual*) təhlil etmək və əsas kənarlaşmaları rəhbərliyə təqdim etmək;
  • Satış, istehsal, satınalma və inventar üzrə maliyyə və əməliyyat planlaşdırma alətlərinin hazırlanmasını və yenilənməsini təmin etmək;
  • Rəhbərlik üçün müntəzəm *Management Report* və maliyyə-əməliyyat hesabatları hazırlamaq;
  • Maliyyə və əməliyyat göstəricilərində riskləri, uyğunsuzluqları və potensial problemləri vaxtında müəyyən etmək;
  • Aşkar edilmiş maliyyə və əməliyyat problemlərinin aradan qaldırılması üzrə rəhbərliyə təkliflər vermək;
  • Daxili nəzarət mexanizmlərinin effektivliyinin təmin edilməsinə və təkmilləşdirilməsinə dəstək olmaq;
  • Mühasibat uçotu, hesabatlılıq, planlaşdırma və maliyyə nəzarəti proseslərinin davamlı təkmilləşdirilməsində iştirak etmək;
  • Rəhbərliyin maliyyə və əməliyyat xarakterli sorğularını operativ şəkildə cavablandırmaq;
  • Maliyyə məlumatlarının məxfiliyini və təhlükəsizliyini qorumaq.

İş şəraiti

  • İş qrafiki: 6/7
  • İş rejimi: Tam iş günü
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 avqust 2026

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

TWC
SeniorBakı
Maaş göstərilməyib

Mühasibat uçotunu təşkil edir və maliyyə hesabatlarını hazırlamaq üçün dərin bilik tələb olunur

Financial AccountingFinancial ReportingBalance Sheet PreparationFinancial Analysis+17
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Mühasibat uçotunu idarə edir, maliyyə hesabatları hazırlayır və analitik bacarıqlara malikdir.

Financial AccountingFinancial ReportingBalance Sheet PreparationFinancial Analysis+15
Müraciət et
Hesably Finance MMC
Senior · 3+ il
1 000–1 500

Şirkətin mühasibat və vergi uçotunu aparır, 3 il təcrübə tələb olunur

AccountingFinancial ReportingTax AccountingPayroll Calculation+8
Müraciət etAsan müraciətAsan müraciət
Azəriş LTD
Manager · 8–10 il
Maaş göstərilməyib

Şirkətin maliyyə strategiyasını hazırlayır və idarəetmə sahəsində 8-10 il təcrübəsi var

Financial PlanningFinancial AnalysisFinancial ReportingRisk Management+13
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Baş mühasib
Müraciət et