Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 800–2 000 ₼
Yerləşdirilib
2 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
2 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
  • Maliyyə hesabatlarının tərtib olunması(bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.);
  • Bank əməliyyatlarının və kassa əməliyyatlarının uçotu;
  • Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması;
  • Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanması;
  • Vergi və əmək qanunvericiliyinin tətbiqi;
  • Nağd pul axını, debitor və kreditor borclarını və xərc mühasibatını izləmək;
  • Xammal və materialların eləcədə hazır məhsulun hərəkətinin uçotu;
  • Yük gömrük bəyannamələrinin işlənməsi;
  • E-qaimələrin, müqavilələrin, ödəniş və bank sənədlərini tərtibi;
  • Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.

Vəzifə ilə bağlı tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Tikinti və kommunal sahədə iş təcrübəsinin olması üstünlükdür;
  • Vergi Məcəlləsi, Əmək Məcəlləsi və Maliyyə qanunvericiliyi üzrə dərin biliklər;
  • "1C 8.3", MS Excel və digər ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı
  • Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə və hesabatlılıq;
  • PMS sertifikatı;
  • 25-40 yaş arası namizədlər.

Əlavə məlumat

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş rejimi: 5 günlük iş qrafiki
  • Əmək haqqı: 1800-2000 Azn
  • İş yeri: Melissa Group Baş ofis)

Şirkət haqqında

Melissa Group
Tikinti, Bina tikintisi

2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur. Sakinlərin rahatlığını, onların tam təhlükəsiz və komfortlu yaşayış sahəsi ilə təmin edilməsini əsas məqsədlərindən biri hesab edən “Melissa Group” proffesional kollektivi ilə də istər bilik və bacarıqların inkişafı, istərsə də karyera proqresi sahəsində əməkdaşlarının ümidini doğrultmaqdadır. Təcrübəli rəhbər və əməkdaşlarla işləmək istəyən, elan olunan vakansiya üzrə qeyd olunan tələblərə uyğun gələn namizədlərlə eyni komanda da işləməkdəm məmnun olarıq.

Melissa Group — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Anonim işəgötürənMiddledünən
Bank ReconciliationAccounts ReceivableAccounts Payable
Mühasibatlıq XidmətləriMiddle13 gün əvvəl
AccountingFinancial Reporting1C 8.3
Bütün oxşar vakansiyalar
1 800–2 000 ₼
Böyük mühasib
Müraciət et