Gecikmiş kreditləri təqib edir və müştərilərlə əlaqə qurur, stressə davamlı olmalıdır.
Vakansiya haqqında
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Baş ofisdəki (Bakı filialındakı) komandamızı böyütdüyümüz üçün “Boa Agency” ASC yeni əməkdaşlar axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
- Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
- Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
- Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
- Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Vakant vəzifə üzrə tələblər:
- Ali təhsil
- Universiteti bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi;
- Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
- Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
- Müştərilərlə davranış etikası.
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Bank və yaxud qeyri bank sahəsində, kredit, call center sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şəraiti:
- Əmək haqqı – 400 Azn (+1000 manata qədər və daha çox bonus imkanı və loyallıq proqramına əsasən mükafat)
- İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
- Şənbə və bazar istirahət;
- Nahar fasiləsi: 13:00 – 14:00;
Sizə nə təklif edirik?
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
- Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
- Əmək haqqına mükafat və əlavə bonuslar;
- İş ilinin tamamında vəzifə və əmək haqqı artımı;
- Korporativ nömrəylə təmin edilmə;
- Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
- Karyera və inkişaf perspektivləri;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Borcların yığımı üzrə mütəxəssis üzrə bazar adətən 400–2 000 ₼ ödəyir, median — 1 400 ₼.
13 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Borcların yığımı üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D ünvanında yerləşir.
Həftə içi 5 gün, 09:00 - 18:00 saatları arasında işləmək tələb olunur, şənbə və bazar istirahətdir.
Əmək haqqı 400 manatdır, əlavə olaraq 1000 manata qədər bonus imkanı mövcuddur.
Ali təhsil və ya müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi tələb olunur.
Office proqramlarında işləmək bacarığı tələb olunur.
Azərbaycan dili səlist danışıq tələb olunur, rus və ingilis dili arzuolunandır.
Müraciət üçün CV göndərilməlidir, mövzu hissəsində vəzifənin adı yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBorcların yığımı üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Məhkəmə icra orqanları ilə iş aparır, problemli kreditlər üzrə təcrübə tələb olunur.
Debitor borcların izlənməsi və müştərilərlə əlaqə qurmaq üçün minimum 1 il təcrübə tələb olunur.
Problemli kreditlərin yığımı və müştərilərlə iş aparmaq üçün 1-2 il təcrübə tələb olunur.




