Vakansiya haqqında

Supertoys komandamıza Sədərək filialında çalışmaq üçün məsuliyyətli, analitik düşünmə qabiliyyətinə malik və maliyyə sahəsində təcrübəli Debitor borclar üzrə mütəxəssis axtarırıq.

İş yeri: Sədərək

Əməkhaqqı: 1 000 AZN

Əsas vəzifə öhdəlikləri

  • Debitor borcların mütəmadi izlənilməsi, həftəlik borclanma barədə məlumatlandırmanın aparılması və borcların yaşlandırılması (Aging) hesabatının hazırlanması;
  • Satış komandasının debitor borclar, ödəniş statusları və müqavilə şərtləri barədə həftəlik və aylıq məlumatlandırılması;
  • Debitor borclar üzrə ödənişlərin təmin edilməsi və daxilolmaların müvafiq əməkdaşlarla operativ koordinasiyası;
  • Gecikmiş borclarla bağlı risklərin qiymətləndirilməsi, müvafiq tədbirlərin təklif edilməsi və icrasının təmin olunması;
  • Reallaşdırılmış satışlar üzrə elektron qaimələrin düzgün tərtib edilməsinə nəzarət;
  • İşlərin müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun tamamlanması və komanda daxilində iş prosesinin koordinasiyası;
  • Çatışmazlıqlar, uyğunsuzluqlar və potensial maliyyə riskləri barədə müvafiq departamentlərin məlumatlandırılması;
  • Müştərilərlə aylıq və ya rüblük üzləşmələrin aparılması və nəticələrin təhlili;
  • Problemli, şübhəli və ümidsiz debitor borcların müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması.

Namizədə tələblər

  • İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Vergi və elektron qaimə-faktura əməliyyatları üzrə bilik və araşdırma aparmaq bacarığı;
  • Yüksək analitik düşünmə və təhlil bacarığı;
  • MS Excel proqramında sərbəst işləmək, xüsusilə məlumatların təhlili üçün əsas funksiyalardan istifadə etmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
  • Komanda ilə effektiv kommunikasiya və vaxtın düzgün idarə edilməsi bacarığı.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000 ₼
Yerləşdirilib
2 noyabr 2026
Son tarix
2 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
69

Maaş bazarla müqayisədə

Borcların yığımı üzrə mütəxəssis üzrə bazar adətən 900–1 800 ₼ ödəyir, median — 1 000 ₼.

bu vakansiya · 1 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

6 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Borcların yığımı üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

supertoys mmc
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Bakı
supertoys mmc — bütün vakansiyalar

SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəri, Sədərək filialındadır.

Əmək haqqı 1 000 ₼ təşkil edir.

Müvafiq sahədə minimum 1 il iş təcrübəsi tələb olunur.

Namizəd MS Excel proqramında sərbəst işləməlidir.

İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil tələb olunur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Borcların yığımı üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
1 000 ₼
Debitor borclar üzrə mütəxəssis
Müraciət et