Financial ModelingBudgetingFinancial Analysis
Yerləşmə
Bakı
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyun 2026
Dillər
English, Russian
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Ümumi məlumat
Şirkətin büdcələmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərində iştirak edəcək, maliyyə göstəricilərinin təhlili və maliyyə modellərinin hazırlanması vasitəsilə strateji qərarların qəbuluna dəstək göstərəcək Büdcələşdirmə və Maliyyə Modelləşdirilməsi üzrə peşəkar Aparıcı Mütəxəssis axtarırıq.
Öhdəliklər
Şirkətin büdcələmə, maliyyə planlaşdırılması və proqnozlaşdırma proseslərində iştirak edəcək, maliyyə göstəricilərinin təhlili və maliyyə modellərinin hazırlanması vasitəsilə strateji qərarların qəbuluna dəstək göstərəcək Büdcələşdirmə və Maliyyə Modelləşdirilməsi üzrə peşəkar Aparıcı Mütəxəssis axtarırıq.
Öhdəliklər
- Şirkət üzrə illik büdcə prosesinin hazırlanmasında iştirak etmək, struktur bölmələr üzrə büdcə modellərinin hazırlanmasını və təkmilləşdirilməsini dəstəkləmək;
- Şirkətin maliyyə planlaşdırılması və strateji qərarlarının dəstəklənməsi məqsədilə müxtəlif maliyyə modellərinin (feasibility, business planning, investment analysis və s.) hazırlanmasında iştirak etmək;
- Aylıq və rüblük maliyyə proqnozlarının hazırlanması, nəticələrin təhlili və rəhbərlik üçün hesabatların hazırlanmasını təmin etmək;
- Maliyyə göstəricilərini (gəlirlər, xərclər, pul axınları və s.) təhlil edərək sapmaları, tendensiyaları və potensial riskləri müəyyən etmək və məlumat əsaslı qərarların qəbuluna dəstək göstərmək;
- Büdcə və faktiki göstəricilər üzrə mütəmadi variance analysis aparmaq və istifadə olunan maliyyə məlumatlarının düzgünlüyünü təmin etmək;
- Büdcə və planlaşdırma prosesləri çərçivəsində müxtəlif struktur bölmələrdən məlumatların toplanmasını koordinasiya etmək və məlumatların vaxtında təqdim olunmasını təmin etmək;
- Büdcələmə metodologiyalarının, hesabat strukturlarının və maliyyə modellərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Planlaşdırma prosesində istifadə olunan əsas maliyyə fərziyyələrinin, ssenarilərin və performans göstəricilərinin sistemli şəkildə idarə olunmasını təmin etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər vəzifələri icra etmək.
- Büdcələmə, maliyyə modelləşdirilməsi və ya maliyyə təhlili sahəsində minimum 4 il iş təcrübəsi;
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya tətbiqi riyaziyyat üzrə ali təhsil;
- ACCA (MA, PM), FMVA, CIMA Management Accounting, büdcələmə və maliyyə modelləşdirilməsi üzrə digər beynəlxalq sertifikatlar üstünlükdür;
- Analitik düşünmə, məlumatların təhlili, planlaşdırma və təşkilatçılıq bacarıqları;
- SQL, BI alətləri və ya Python üzrə biliklər üstünlükdür;
- İngilis dili üzrə yazılı və şifahi Upper-Intermediate səviyyəsi (rus dili üstünlükdür);
- MS Office proqramları, xüsusilə Excel və PowerPoint üzrə yüksək səviyyədə işləmə bacarığı;
- Komanda ilə effektiv işləmək və yüksək iş tempində fəaliyyət göstərmək bacarığı.
Şirkət haqqında
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Financial ModelingFinancial AnalysisVariance Analysis
Financial ModelingBudgetingFinancial Analysis
Data AnalysisFinancial ModelingMarket Research


