Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
17 iyul 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Şirkətin idxal, anbar və satış əməliyyatlarının auditinin aparılması;
  • İdxal sənədlərinin, müqavilələrin, invoysların və digər aidiyyəti sənədlərin yoxlanılması;
  • Məhsul hərəkətinin idxaldan satışa qədər izlənilməsi və nəzarət mexanizmlərinin qiymətləndirilməsi;
  • Anbar qalıqlarının auditinin aparılması, inventarizasiya proseslərində iştirak edilməsi;
  • Satış əməliyyatlarının, kassa əməliyyatlarının və sənəd dövriyyəsinin yoxlanılması;
  • Daxili prosedur və qaydalara əməl olunmasına nəzarət edilməsi;
  • Risklərin və uyğunsuzluqların müəyyənləşdirilməsi, aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Audit nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Aşkarlanmış nöqsanlar üzrə düzəldici tədbirlərin icrasına nəzarət edilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit, İqtisadiyyat və ya əlaqəli sahə üzrə);
  • Audit, daxili nəzarət və ya maliyyə sahəsində minimum 3 il iş təcrübəsi;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
  • Azərbaycan dilində sərbəst yazı və ünsiyyət bacarığı;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
  • Şəxsi avtomobil

İş yeri: Ziya Bünyadov 2082 (Dərnəgül şossesi)

Şirkət haqqında

Azəriş LTD
Emal sənayesi

'AZƏRİŞ LTD' MMC distribüter şirkəti kimi fəaliyyətinin əsası 1998cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır. 'AZƏRİŞ LTD' halhazırda içki sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan 'AZƏRİŞ LTD' un portfoliosuna 'Erdinger', 'BitBurger', 'Benediktiner', 'Hofbräuhaus', 'Weihenstephaner', 'Budweiser', 'Pražačka', 'Blanche Bruxelles', 'Жигули', 'Башспирт', 'Swell', 'Sırma', 'KH Colorado', 'Organik Vodka', 'Öz Su' və s. kimi aparıcı brendlər daxildir. 'AZƏRİŞ LTD' distribüter şirkəti olaraq halhazırda 1500dən artıq ticarət nöqtəsinə 150dən çox məhsul çeşidinin satışını həyata keçirir.

Azəriş LTD — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

XırmanMiddle8 gün əvvəl
Internal AuditFinancial AnalysisRisk Analysis
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Audit
Müraciət et