AccountingAccounts PayableAccounts Receivable
Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
30 iyul 2026
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Əsas vəzifələr:
- Nağd pul vəsaitlərinin qəbulunu, təhvilini və uçotunu həyata keçirmək;
- Kassa əməliyyatlarını daxili prosedur və qaydalara uyğun icra etmək;
- Kassa sənədlərinin düzgün hazırlanmasını və arxivləşdirilməsini təmin etmək;
- Günlük kassa qalığını yoxlamaq və uzlaşdırmaq;
- Bank əməliyyatlarının icrasında iştirak etmək və müvafiq sənədləşməni aparmaq;
- Nağd pul hərəkətinə dair hesabatları hazırlamaq;
- Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləmək;
- Daxili audit və maliyyə nəzarəti proseslərində tələb olunan məlumatları təqdim etmək.
Tələblər:
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Beynəlxalq sertifikatların olması üstünlükdür;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
- Logo tiger proqramında işləmək təcrübəsi üstünlükdür;
- Riyazi hesablama və analitik düşünmə bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və yüksək dəqiqlik;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
Biz təklif edirik:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Korporativ təlimlərdə iştirak imkanı;
- Dinamik və peşəkar iş mühiti;
- Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiya sistemi.
Şirkət haqqında
Decoliv
Topdansatış və pərakəndə ticarət
Decoliv – müştərilərə zövqlü interyer və dekorativ əşyalar, mətbəx və ev aksesuarları, həmçinin sezon və hədiyyəlik məhsullar təqdim edən yerli retail konseptidir. Şirkət Veysəloğlu Şirkətlər Qrupuna daxildir və “Vey Non-Food” MMC hüquqi adı ilə fəaliyyət göstərir. Qısa müddətdə genişlənən Decoliv mağazalar şəbəkəsi, ölkənin müxtəlif şəhərlərində açılan mağazaları ilə müştəriyə yaxın, rahat və zövqlü alış-veriş mühiti təqdim edir.
Decoliv — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
AccountingAzerbaijani Accounting StandardsAccounts Payable
Financial ReportingAccountingInternal Audit
AccountingFinancial ReportingTax Legislation


