Audit və Təftiş üzrə Mütəxəssis

Novator HRC

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–2 000 ₼
Yerləşdirilib
7 iyul 2026
Dillər
Azerbaijani, English
Son tarix
7 avqust 2026

Vakansiya haqqında

İş barədə məlumat:

  • İş yeri: Ramana (Buta şadlıq sarayının arxası, Hava limanı yolunun üstü)
  • İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi
  • Əmək haqqı: 1500-2000 Azn (Namizədin təcrübəsinə uyğun olaraq rəqabətqabiliyyətli əməkhaqqı təyin olunacaq)

Vəzifə öhdəlikləri:

  • Debitor və müştəri borclarının nəzarəti: Şirkətin müştəriləri ilə mütəmadi olaraq debitor borclarının yoxlanılması və rəsmi üzləşmə aktlarının tərtib edilməsi;
  • Satışa Dəstək. Satış komandasının fəaliyyətinə, müştərilərlə olan maliyyə hesablaşmalarına, limitlərin aşılmasına və ödənişlərin vaxtında yığılmasına nəzarət edilməsi;
  • Anbar auditi: Anbarlarda olan mal qalıqlarının, xammal və hazır məhsulların hərəkətinin daxili proqram və faktiki olaraq yoxlanılması, qəfil və planlı inventarizasiyaların keçirilməsi;
  • Əsas vəsaitlərin təftişi: Şirkətə məxsus olan əsas vəsaitlərin, avadanlıqların və inventarların mövcudluğunun, qorunmasının və hərəkətinin mütəmadi yoxlanılması;
  • Şöbələrarası ümumi nəzarət: Şirkətin digər strukturlarında (satınalma, logistika və s.) daxili prosedurlara əməl olunmasını yoxlamaq və sui-istifadə hallarının (itkilər, kənarlaşmalar) qarşısını almaq;
  • Hesabatlılıq: Aparılmış təftiş və yoxlamaların nəticələrinə dair aktların tərtib edilməsi, fərqliliklərin səbəbini araşdıraraq birbaşa rəhbərliyə analitik hesabatların təqdim edilməsi.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya Biznesin idarə edilməsi sahəsi üstünlükdür);
  • Şəxsi avtomobil (Gündəlik yanacaq qarşılanır)
  • Təcrübə: Daxili nəzarət, təftiş, kommersiya auditi və ya anbar/debitor auditi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Proqram bilikləri: 1C (xüsusilə Ticarət və Anbar / ERP modulları) və MS Excel proqramlarından professional səviyyədə istifadə bacarığı (məlumatların çarpaz yoxlanılması üçün);
  • Analitik bacarıqlar: Rəqəmlərlə işləmə, sənədlərdəki və sistemdəki uyğunsuzluqları tez bir zamanda aşkar etmə qabiliyyəti;
  • Şəxsi keyfiyyətlər: Yüksək prinsipiallıq, dürüstlük, təsir altına düşməmək, güclü ünsiyyət və müştərilərlə/satış menecerləri ilə üzləşmə zamanı lazımi rəsmiyyəti qorumaq bacarığı;

Ezamiyyət imkanı: Şirkətin digər satış nöqtələri və ya kənar anbarları olduğu təqdirdə qısa müddətli ezamiyyətlərə hazır olmaq.

Şirkət haqqında

Novator HRC
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya · Baku

2007-ci ildə fəaliyyətə başlayan, Mərkəzi ofisi Birləşmiş Krallığın paytaxtı London şəhərində yerləşən və dünyanın 18 ölkəsində Əczaçılıq, Tikinti və digər xidmət sahələrində uğurla fəaliyyət göstərən “NOWP Group” -un bir qolu olan “Novator HRC” şirkəti, HORECA sektorunda peşəkar təmizlik sahəsi üçün Avropa Birliyi standartlarına uyğun istehsal olunmuş və müxtəlif laboratoriyalarda sınanmış Kimyəvi Yuyucu vasitələr, Dezinfeksiyaedici (Tibbi Müəssisələrdə) vasitələr, Təmizlik avadanlıqları, Təmizlik Maşınları, Gigiyenik Kağız və digər Təmizlik Məhsullarının təchizatını həyata keçirir.

Novator HRC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
1 500–2 000 ₼
Audit və Təftiş üzrə Mütəxəssis
Müraciət et