Vakansiya haqqında

Karat Holdinq haqqında: Karat Holding müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələri birləşdirən şirkətlər qrupudur. Qrup müəssisələrində maliyyə və əməliyyat fəaliyyətinin qiymətləndirilməsi, risklərin müəyyənləşdirilməsi və iş proseslərinin təkmilləşdirilməsi üçün analitik düşüncəli, diqqətli və sahə işinə hazır daxili auditor axtarırıq.

İş şəraiti

  • İş yeri: Yasamal ray.,M.Muxtarov,ev 201
  • İş qrafiki: 5 günlük iş həftəsi, 08:00–17:00
  • Əməkhaqqı: 700-1200 Azn (namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir).

Əsas vəzifə öhdəlikləri

  • Təsdiq edilmiş iş planı üzrə maliyyə, əməliyyat və inzibati fəaliyyətləri yoxlamaq, zəruri məlumatları toplamaq və əsas riskləri qiymətləndirmək.
  • Audit prosedurlarını hazırlamaq və tətbiq etmək; müqavilələri, ilkin sənədləri, əməliyyat qeydlərini və elektron sistem məlumatlarını nəzərdən keçirərək uyğunsuzluqları müəyyənləşdirmək.
  • Satış, gəlirlərin tanınması, debitor borcları və müştəri hesablaşmaları üzrə prosesləri qiymətləndirmək; məlumatların tamlığını və təsdiq sənədlərinə uyğunluğunu yoxlamaq.
  • Anbar, ehtiyat və digər maddi sərvətlərin uçotunu nəzərdən keçirmək, seçmə sayımlar aparmaq və uçot məlumatları ilə faktiki vəziyyət arasındakı fərqləri araşdırmaq.
  • İstehsal və əməliyyat fəaliyyətində resurslardan istifadəni, xərcləri və müəyyən edilmiş göstəricilərə uyğunluğu təhlil etmək; səmərəliliyin artırılması imkanlarını müəyyənləşdirmək.
  • Satınalma və təchizat proseslərində tələbatın əsaslandırılması, təkliflərin qiymətləndirilməsi, sifariş, qəbul və hesablaşma sənədlərinin uyğunluğunu yoxlamaq.
  • Əməkhaqqı, davamiyyət və digər müvafiq insan resursları qeydlərini seçmə üsulu ilə yoxlamaq, təsdiq sənədləri ilə uyğunluğunu qiymətləndirmək.
  • Əsas vəsaitlər, təmir və investisiya xərcləri üzrə sənədləri nəzərdən keçirmək; planlaşdırılmış və faktiki göstəricilər arasındakı fərqləri təhlil etmək.
  • Excel və elektron sistem məlumatlarından istifadə etməklə qeyri-adi əməliyyatları, təkrarlanan uyğunsuzluqları və digər risk əlamətlərini təhlil etmək.
  • Audit sübutlarını, yoxlamanın əhatə dairəsini və seçmə əsaslarını işçi sənədlərində qeyd etmək; tapıntıları faktlar və risk qiymətləndirməsi ilə əsaslandırmaq.
  • Audit hesabatları və praktik tövsiyələr hazırlamaq, razılaşdırılmış tədbirlərin icrasını izləmək və zəruri hallarda təkrar yoxlama aparmaq.
  • Xüsusi yoxlamalarda və audit araşdırmalarında iştirak etmək, audit sənədlərini qaydalara uyğun tərtib edib saxlamaq.

Vəzifə tələbləri

Namizəddən aşağıdakı təhsil, təcrübə və peşəkar bacarıqlara malik olması gözlənilir:

  • Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil.
  • Daxili/xarici audit, maliyyə nəzarəti və ya istehsalat müəssisəsində daxili nəzarət üzrə azı 3 il təcrübə; 5 il və daha artıq təcrübəyə üstünlük verilir.
  • İstehsalat, emal və ya qida sənayesində iş təcrübəsi üstünlükdür.
  • Maliyyə sənədləri, debitor-kreditor hesablaşmaları, inventar uçotu və əsas əmək, vergi və mühasibat tələbləri barədə bilik.
  • Auditin planlaşdırılması, nümunə seçimi, sübutların toplanması, risklərin qiymətləndirilməsi və hesabat hazırlanması üzrə bacarıq.
  • MS Excel və MS Office proqramlarında sərbəst işləmək; elektron qeydiyyat və mühasibat sistemləri ilə təcrübə. Power BI və digər analitik alətlər üstünlükdür.
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı; ingilis və rus dili biliyi üstünlükdür.
  • Ezamiyyətlərdə iştirak etmək və istehsalat sahəsində yoxlamalar aparmaq imkanı.

Tələb olunan kompetensiyalar

  • Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;
  • Diqqətlilik, ardıcıllıq və nəticəyönümlülük;
  • Aydın yazılı hesabat və şifahi təqdimat bacarığı;
  • Məsuliyyətlilik, dürüstlük və məxfilik prinsiplərinə riayət;
  • Komandada işləmək və müxtəlif səviyyəli əməkdaşlarla işgüzar ünsiyyət qurmaq bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Daxili auditor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Yasamal ray., M.Muxtarov, ev 201
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700–1 200 ₼
Yerləşdirilib
3 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
3 dekabr 2026
Baxış
38

Maaş bazarla müqayisədə

Daxili auditor üzrə bazar adətən 960–1 500 ₼ ödəyir, median — 1 100 ₼.

bu vakansiya · 700–1 200 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

20 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Daxili auditor kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 201 ünvanındadır.

İş həftədə 5 gün, saat 08:00–17:00 arasıdır.

Əməkhaqqı 700–1200 ₼ arasında, namizədin bilik və təcrübəsinə uyğun müəyyən edilir.

Daxili və ya xarici audit, maliyyə nəzarəti və ya istehsalat müəssisəsində daxili nəzarət üzrə ən azı 3 il təcrübə tələb olunur.

Namizəd CV-ni mövzu hissəsində “Daxili auditor” qeyd etməklə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Daxili auditor üzrə Bakıda digər açıq elanlar.

Karat Holding
Middle · 3+ ilBakı
700–1 200₼

Maliyyə və əməliyyat fəaliyyətlərini yoxlamaq və riskləri qiymətləndirmək üçün daxili auditor tələb olunur

Financial auditOperational AuditRisk AssessmentAudit Planning+7
Müraciət et
Norm OJSC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Daxili audit layihələrini aparır, riskləri qiymətləndirir və audit hesabatları hazırlayır.

Internal AuditISO 45001SAPRisk Assessment+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Merkuri BOKT
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Daxili audit aparmaq, maliyyə və kredit hesabatlarını təhlil etmək üçün audit və maliyyə bilikləri tələb olunur

AuditRisk ManagementCredit AnalysisFinancial Accounting+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
700–1 200 ₼
Daxili auditor
Müraciət et