Daxili audit layihələrini aparır və risklərin qiymətləndirilməsində təcrübəyə malikdir.
Vakansiya haqqında
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
- Xidmət tərəfindən həyata keçirilən tikinti, bərpa, yenidənqurma və digər infrastruktur layihələri üzrə daxili audit və monitorinq tədbirlərində iştirak etmək;
- Tikinti və quruculuq işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, texniki cizgilərə, müqavilə şərtlərinə, keyfiyyət planlarına və müvafiq normativ tələblərə uyğunluğunu yoxlamaq;
- Tikinti obyektlərində faktiki yerinə yetirilmiş işlərin həcmini, keyfiyyətini və texniki göstəricilərini layihə sənədləri və təsdiq edilmiş smeta göstəriciləri ilə müqayisəli təhlil etmək;
- Layihələrin icrası zamanı istifadə olunan tikinti materiallarının, avadanlıqların və görülən işlərin müəyyən edilmiş texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirmək;
- Tikinti-quraşdırma işləri üzrə görülmüş iş aktlarını, texniki hesabatları, icra sənədlərini və digər təsdiqedici sənədləri təhlil etmək, sənədlərlə faktiki icra vəziyyəti arasındakı uyğunsuzluqları aşkar etmək;
- Layihələrin idarə edilməsi, texniki nəzarət, keyfiyyətə nəzarət və əməyin mühafizəsi (SƏTƏM) üzrə tətbiq olunan prosedurların effektivliyini və müvafiq tələblərə uyğunluğunu qiymətləndirmək;
- Audit yoxlamaları zamanı aşkar edilmiş nöqsanları, texniki uyğunsuzluqları və riskləri sənədləşdirmək, onların aradan qaldırılması istiqamətində təklif və tövsiyələr hazırlamaq;
- Keçirilmiş audit və monitorinq tədbirlərinin nəticələri üzrə arayışlar, analitik materiallar və audit hesabatları hazırlamaq;
- Audit nəticələri əsasında verilmiş tövsiyələrin və müəyyən edilmiş düzəldici tədbirlərin icra vəziyyətini izləmək, təkrar yoxlamalarda iştirak etmək;
- Daxili auditin müstəqilliyi, obyektivliyi, peşə etikası və məxfilik prinsiplərinə riayət etmək;
- Fəaliyyət istiqamətinə uyğun olaraq Daxili audit departamentinin rəhbərliyi tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- Ali təhsil (inşaat mühəndisliyi, mülki tikinti, sənaye və mülki tikinti, layihələrin idarə edilməsi və ya digər müvafiq texniki ixtisaslar üzrə);
- MS Office proqramlarında işləmək bacarığı;
- Tikinti, layihələrin idarə edilməsi, texniki nəzarət və ya texniki audit sahələrində ən azı 2 (iki) il iş təcrübəsi;
- Tikinti sahəsində qüvvədə olan normativ hüquqi aktları, tikinti norma və qaydalarını, texniki standartlar, keyfiyyət tələblərini və SƏTƏM üzrə əsas prinsipləri bilmək;
- Daxili audit, daxili nəzarət, risklərin idarə edilməsi və audit prosedurları barədə biliklərə malik olmaq;
- Hesabatın hazırlanması və yazılması bacarığı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Layihələr və texniki işlər üzrə daxili audit” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Daxili auditor üzrə bazar adətən 1 100–1 750 ₼ ödəyir, median — 1 550 ₼.
19 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Daxili auditor kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Tikinti, layihələrin idarə edilməsi və ya texniki audit sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur.
Əmək haqqı 1500-2000 manat aralığında, müsahibə əsasında müəyyən edilir.
Namizəd MS Office proqramlarında işləmək bacarığına malik olmalıdır.
Ali təhsil inşaat mühəndisliyi, mülki tikinti və ya digər müvafiq texniki ixtisaslar üzrə olmalıdır.
Azərbaycan dilində CV göndərilməlidir, mövzu hissəsində “Layihələr və texniki işlər üzrə daxili audit” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarDaxili auditor üzrə Bakıda digər açıq elanlar.
Şirkətin daxili nəzarət və təftiş işlərini aparır, risklərin idarə edilməsində təcrübə tələb olunur.
Biznes prosesləri və riskləri təhlil edən, audit layihələrini icra edən aparıcı mütəxəssis axtarılır.




