Daxili nəzarət hesabatlığı üzrə aparıcı mütəxəssis

Unibank ASC

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 iyun 2026
Dillər
English, Russian

Vakansiya haqqında

Təsvir

  • Əməliyyatların qanuni tələblərə və daxili qaydalara uyğunluğunu təmin edən nəzarət mexanizmlərini təşkil etmək və onların icrasını izləmək;
  • Əməliyyat riskləri və uyğunsuzluqları müəyyənləşdirib təhlil etmək, aradan qaldırılmasına nəzarət;
  • Biznes prosesləri və məhsullar üzrə riskləri qiymətləndirmək, məsafədən idarə olunan nəzarət mexanizmlərini hazırlamaq, test etmək və tətbiqini rəhbərlik altında həyata keçirmək;
  • Aşkarlanmış insidentlərin qeydiyyatını aparmaq, statuslarını izləmək və daxili hesabatların hazırlanmasını təmin etmək;
  • Mövcud nəzarət mexanizmlərini biznes proseslərindəki, qanunvericilikdəki və texnoloji dəyişikliklərə uyğun optimallaşdırmaq.


Tələblər

· Ali təhsil (Maliyyə, İqtisadiyyat və Riyaziyyat sahələri üzrə);

· Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;

· MS Excel və Oracle PL/SQL üzrə bilik və təcrübə;

· Bank məhsulları haqqında geniş məlumatlılıq üstünlükdür;

· Həcmli məlumatların işlənməsi və nəticələrin hesabat formasında təqdim olunması üzrə bacarıq;

· Analitik təhlil aparmaq və kompleks məsələləri həll etmək bacarığı;

· Yaxşı səviyyədə ingilis və ya rus dili bilikləri üstünlük təşkil edir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Şirkət haqqında

Unibank ASC
Banking · Baku

Unibank is a major Azerbaijani commercial bank offering retail and corporate banking and digital financial services.

Unibank ASC — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Daxili nəzarət hesabatlığı üzrə aparıcı mütəxəssis
Müraciət et