Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması üzrə mütəxəssis

Birbank

Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 iyun 2026
Dillər
Azerbaijani, English
Son tarix
18 iyul 2026

Vakansiya haqqında

Biz şöbəmizə müxtəlif kanallardan daxil olan müraciətləri diqqətlə araşdıran, daxil olan sorğulara operativ və rəsmi cavab verən, həmçinin mütəmadi hesabatlar hazırlayan, baş vermiş fraud hallarını mütamadi analiz edən və qablayıcı tədbirlər görülməsi üçün təkliflər verən , monitorinqlər aparan və Yerli Şöbə Bölmələrində (YSB) yerində yoxlamalar həyata keçirən məsuliyyətli əməkdaş axtarırıq.

Vəzifə öhdəlikləri

Daxil olmuş müraciətlərdə şübhəli məqam aşkar olduqda təxirəsalınmaz tədbirlərin görülməsi;

Dövlət və digər qurumlar tərəfindən daxil olmuş sorğuların icrası;

Fraud əməlləri aşkarlandığı təqdirdə daxili qaydalara müvafiq tədbirlərin görülməsi;

Bankın strukturları və şöbənin digər strukturları tərəfindən fraud ehtimalı daşıyan sorğuların qəbul edilməsi, araşdırılması və tədbirlərin görülməsi;

Zərurət yarandıqda YSB-lərdə dələduzluq hallarına dair yerində baxış və ya araşdırmaların aparılması;

Aşkarlanmış hallarla bağlı hesabatın tərtib edilməsi; Rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi;

Müştəri dələduzluğu ilə bağlı şikayətlərə baxılması; Ödəniş kartları ilə əlaqədar şübhəli əməliyyatların monitorinqi;

Daxildə yeni layihələrdə iştirak etmək və lazım olduqda digər strukturlarla keçirilən müzakirə və görüşlərə qoşulması;

Əmək müqaviləsi, struktur bölmənin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaların icrası.

Tələblər

Ali təhsil (maliyyə, iqtisadiyyat, biznes idarəetməsi, hüquq və ya oxşar sahələrdə).

Bank sektorunda risklərin idarə edilməsi və ya daxili audit sahəsində minimum 2 il iş təcrübəsinə;

Basel prinsipləri və digər beynəlxalq risk idarəetmə yanaşmaları üzrə biliklərə;

Fraud, risk və audit üzrə beynəlxalq sertifikatlara (CFE, CIA, CRMA və s.)

SQL bilikləri və məlumatları təhlil etmək və nəticələr çıxarmaq qabiliyyətinə sahib olmaq.

Üstünlüklər

· İnkişaf imkanları

· Rəqabətli əmək haqqı və bonuslar

· Yüksək təminatlı sığorta

· Dəstəkləyici mühit

· Visa Premium əmək haqqı kartı

· Korporativ endirimlər

· Korporativ tədbirlər

· Əlavə məzuniyyət

· Güzəştli təhsil və işçi kredit

Şirkət haqqında

Birbank
Banking · Baku

Digital bank and flagship app of Kapital Bank — the centre of Azerbaijan's Bir ecosystem. 3M+ active users and the country's largest branch network. Part of Kapital Bank (PASHA Holding).

Birbank — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması üzrə mütəxəssis
Müraciət et