Bankın maliyyə nəzarəti və uçotu proseslərini idarə etmək üçün analitik düşüncəli mütəxəssis tələb olunur
Vakansiya haqqında
Birbankda Maliyyə nəzarəti və uçotu şöbəsinin mütəxəssisi vəifəsi üzrə analitik düşüncəyə malik, rəqəmlərlə işləməkdən zövq alan, detallara diqqət göstərən və bankın uçot sistemlərinin təkmilləşdirilməsində fəal rol oynaya biləcək namizədlər axtarışındayıq.
- İqtisadiyyat, maliyyə və ya əlaqəli sahələr üzrə ali təhsil
- Sahə üzrə ən az 1 il iş təcrübəsi
- Riyazi hesablama qabiliyyəti
- Dəqiqlik, detallara qarşı diqqətlilik
- Kritik düşüncə qabiliyyəti
- Güclü analitik və problem həll etmə qabiliyyətləri
- Təşəbbüskarlıq
- ACCA F3 olması arzuolunandır
- SQL biliklərinin olması arzuolunandır
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
- Rəqabətli əməkhaqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Visa Premium əməkhaqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri
- Maliyyə uçotunun bankın siyasətinə və mühasibatlıq prinsiplərinə uyğunluğunu təmin etmək;
- Hesabların Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planına uyğun açılmasını təmin etmək;
- Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək;
- Uçot səhvlərini və ya uyğunsuzluqları müəyyənləşdirmək və lazimi düzəliş tədbirlərini təklif etmək;
- Bank Əməliyyat Sistemində(BƏS) əməliyyatların düzgün şəkildə əks olunmasını təmin etmək;
- Proseslərin uçot standartlara uyğun icra olunmasını yoxlamaq və uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
- BƏS-də məlumatların düzgün və tam şəkildə qeydə alınmasını nəzarətdə saxlamaq;
- Bankın bağladığı müqavilələr əsasında vendorlarla hesablaşmaları və üzləşmələri həyata keçirmək;
- Vendorlarla bağlanmış müqavilələrə uyğun olaraq ödənişlərin icrasını tələb etmək;
- Vendorlarla üzləşmələrin düzgün aparılmasını təmin etmək və uyğunsuzluqların həllinə nəzarət etmək;
- Uçot üzrə nəzarət mexanizmlərinin qurulmasını və mövcud nəzarət alətlərinin optimallaşdırılmasını (mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması) təmin etmək;
- Nəzarət mexanizmlərinin-hesabatların avtomatlaşdırılması və rəqəmsallaşdırılması istiqamətində təkliflər vermək və tətbiq etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Daxili nəzarət üzrə mütəxəssis üzrə bazar adətən 1 000–1 350 ₼ ödəyir, median — 1 050 ₼.
13 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Daxili nəzarət üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Sahə üzrə ən az 1 il iş təcrübəsi tələb olunur.
Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarDaxili nəzarət üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Kredit sifarişlərinin maliyyə monitorinqini aparır və girovların vəziyyətini yoxlayır.
Kredit və qeyri-kredit əməliyyatların qaydalara uyğunluğunu yoxlamaq və sənədləşdirməni təşkil etmək tələb olunur
Vergi uyğunluğu üzrə mütəxəssis kimi mühasibatlıq və vergi sənədlərini idarə etmək tələb olunur




