Əmək haqqı, vergi və sosial ödənişlərin düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin edir.
Vakansiya haqqında
İş yeri: “SUPERTOYS MMC’’ Sədərək TM Ofis
Əmək haqqı: 1200 Azn
Əsas vəzifə öhdəlikləri:
- İşçilərin əməkhaqqı, məzuniyyət, vergi və sosial ödənişlərinin qanunvericiliyə uyğun olaraq düzgün və vaxtında hesablanmasını və ödənilməsini təmin etmək;
- Əməkhaqqı, mükafat, əlavə ödəniş, tutulmalar və digər ödənişlərin (ezamiyyətlər, təhsil və digər sosial məzuniyyətlər, xəstəlik vərəqələri) hesablamalarını həyata keçirmək;
- Əməkhaqqı uçotu sistemlərini (1C, E-GOV və s.) idarə etmək və məlumatların vaxtında daxiledilməsinə nəzarət etmək;
- Gəlir vergisi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə ödənişlərin hesablanmasını aparmaq və müvafiq dövlət orqanlarına hesabatları təqdim etmək;
- Əməkhaqqı üzrə aylıq, rüblük və illik hesabatları (o cümlədən DSMF və statistik hesabatlar) hazırlamaq;
- İşə qəbul, işdən çıxma, struktur dəyişiklikləri və məzuniyyətlər zamanı əməkhaqqı hesablamalarını tənzimləmək;
- Əməkhaqqı ilə bağlı sənədlərin arxivləşdirilməsini və qorunub saxlanılmasını təmin etmək;
- Əməkdaşların əməkhaqqı və digər ödənişlərlə bağlı müraciətlərini peşəkar şəkildə cavablandırmaq;
- Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan sənədləri və hesabatları hazırlayıb təqdim etmək.
Namizədə olan tələblər:
- İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya biznesin idarə edilməsi istiqaməti üzrə ali təhsil;
- Payroll sahəsində minimum 2 il rəsmi iş təcrübəsi;
- Böyük heyətli şirkətlərdə (500+ əməkdaş) əməkhaqqı hesablanması üzrə real iş təcrübəsi üstünlükdür;
- Retail sektorunda iş təcrübəsi arzuolunandır;
- Komandanın işinin koordinasiyası (şöbələr və filiallarla) və liderlik bacarıqları üstünlük hesab olunur;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməli;
- Məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması qaydaları;
- 1C və E-GOV sistemləri ilə sərbəst işləmək bacarığı;
- Əməkhaqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi, son haqq-hesab, kompensasiyalar, bonuslar, eləcə də bayram, istirahət və artıq iş saatları (overtime) üzrə hesablamaların aparılması;
- Aysonu bağlanışının dəqiq və vaxtında həyata keçirilməsi.
- MS Excel proqramını yüksək səviyyədə bilmək (qabaqcıl funksiyalar və analitika);
Namizədlərdən mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” vakansiya adını göstərməklə öz cv-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik.
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 200 ₼
Yerləşdirilib
17 avqust 2026
Son tarix
17 sentyabr 2026
Şirkət haqqında
supertoys mmc
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Baku
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.
supertoys mmc — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib4 gün qalıb
Maaş göstərilməyib
Mühasibat və vergi uçotunu aparır, 5 il təcrübəsi və vergi qanunvericiliyini bilir.
Müraciət etAsan müraciətAsan müraciət
500–600₼
Vergi hesabatlarının hazırlanması və 1C proqramında əməliyyatların aparılması bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib5 gün qalıb
İnsan resursları və əmək haqqı şöbəsində işə qəbul və əmək qanunvericiliyi üzrə mütəxəssis.
Müraciət etAsan müraciətAsan müraciət



