Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 iyun 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

İşçilərin əməkhaqlarının və əməkhaqqına aid əlavələrin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmasını həyata keçirmək;Məzuniyyət haqlarının, xəstəlik vərəqələri üzrə ödənişlərin, sosial müavinətlərin, ezamiyyə dövrü üzrə əməkhaqlarının və digər əməkhaqqı komponentlərinin hesablanmasını həyata keçirmək;Çoxnövbəli iş qrafikləri və cəmlənmiş iş vaxtı uçotu tətbiq olunan iş rejimlərində çalışan əməkdaşların əməkhaqqılarının düzgün hesablanmasını təmin etmək;Ezamiyyə ödənişlərini həyata keçirmək, ezamiyyə avanslarını idarə etmək, müvafiq hesabatları hazırlamaq və sənədləşməni təmin etmək;Son haqq-hesab ödənişlərini hesablamaq və həyata keçirmək;Əməkhaqqından qanunvericiliklə müəyyən edilmiş məcburi dövlət tutulmalarını həyata keçirmək;Əməkhaqqından aliment, kredit, borc və digər məhkəmə qərarları əsasında tutulmalı məbləğləri hesablamaq, tutmaq və aidiyyəti üzrə ödənilməsini təmin etmək;Vahid Bəyannaməni, habelə digər tələb olunan vergi və statistika hesabatlarını hazırlamaq və təqdim etmək;İşçilərin müraciətləri əsasında onları əməkhaqqı hesablamaları ilə tanış etmək, zərurət yarandıqda əməkhaqqının hesablanmasına dair izahat və ya arayış təqdim etmək;Əməkhaqqı ilə bağlı mürəkkəb məsələlərin araşdırılmasında, uyğunsuzluqların aradan qaldırılması və əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi ilə bağlı təkliflər vermək; Əməkhaqqı hesablamaları, vergi tələbləri və əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və uyğunluğun təmin edilməsində iştirak etmək. Tələb olunan əmək haqqı hesabatlarının hazırlanmasını təmin etmək. Xüsusi tələblər Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;Əməkhaqqı hesablanması və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;Əmək qanunvericiliyi və vergi tələbləri üzrə güclü biliklər;Microsoft Excel proqramı üzrə yüksək səviyyədə bilik;ERP sistemləri, xüsusilə 1C proqramı ilə iş təcrübəsi üstünlükdür;Güclü riyazi və analitik düşüncə bacarığı;Yüksək kommunikasiya və komanda ilə işləmə bacarıqları;Zərurət yarandıqda ezamiyyələrə açıq olmaq.İngilis dili biliyi arzuolunandır; Müraciət etmək üçün: [email protected]

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Əməkhaqqı üzrə mütəxəssis
Müraciət et