Əsas vəsaitlərin uçotunu aparır və amortizasiya xərclərini hesablayır, minimum 1 il təcrübə tələb olunur
Vakansiya haqqında
İş şəraiti
- Məşğulluq növü: Tam ştat (İş qrafiki: I-V günlər, 09:00 - 18:00)
- Ünvan: Bakı şəhəri, Azur biznes mərkəzi
İşin təsviri və öhdəliklər
- Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, istismara verilməsi, yerinin dəyişdirilməsi, təmir xərclərinin kapitallaşdırılması və silinməsi əməliyyatlarının əməliyyat sistemində dərhal və dəqiq əks etdirmək;
- ƏV üzrə amortizasiya xərclərini hesablamaq;
- Əsas vəsaitlərin dövri inventarizasiya prosesində iştirak etmək, nəticələri təhlil etmək və kənarlaşmaları mühasibatlıq sistemində əks etdirmək.
- İcarə müqavilələrinin şərtləri dəyişdikdə (uzadılma, ləğv edilmə, məbləğ dəyişikliyi) uçot üzrə yeniləmələri həyata keçirmək;
- İcarə ödənişlərinin və faiz xərclərinin düzgünlüyünə nəzarət etmək;
- Əsas vəsaitlər və icarələr üzrə aylıq, rüblük və illik daxili hesabatlar hazırlamaq;
- Kənar və daxili audit zamanı aktivlər və icarələr üzrə tələb olunan məlumat və sənədləri təqdim etmək;
- Vergi və MHBS uçotu arasındakı fərqləri izləmək və uyğunsuzluqları tənzimləmək.
Namizədə olan tələblər
- İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil.
- Əsas vəsaitlərin uçotu üzrə minimum 1-2 il iş təcrübəsi (MHBS 16 üzrə praktiki təcrübənin olması böyük üstünlükdür).
- Proqram bilikləri:Logo-Tiger, MS Excel
- Sertifikatlar: ACCA F3 (Financial Accounting) sertifikatının olması üstünlükdür.
Şirkətimizin təklif etdiyi imkanlar
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Peşəkar və mehriban iş mühiti;
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanları.
- Korporativ nömrə, nahar təminatı və servis xidməti
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Əsas vəsaitlər və icarələr üzrə mühasib" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Yerləşmə
Azərbaycan
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 iyul 2026
Son tarix
27 avqust 2026
Şirkət haqqında
Decoliv
Topdansatış və pərakəndə ticarət · Baku
Decoliv – müştərilərə zövqlü interyer və dekorativ əşyalar, mətbəx və ev aksesuarları, həmçinin sezon və hədiyyəlik məhsullar təqdim edən yerli retail konseptidir.
Decoliv — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
2 500–3 000₼
Maliyyə və mühasibat uçotunu idarə edir, 5 il təcrübə və peşəkar sertifikat tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
2 000–2 500₼
Maliyyə əməliyyatlarının uçotunu idarə edir və vergi hesabatları üzrə təcrübəyə malikdir
1 000–1 500₼
Şirkətin mühasibat və vergi uçotunu aparır, 3 il təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət



