KPI DesignReportingAgile
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
22 iyun 2026
Dillər
Azerbaijani, English, Russian
Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Vakansiyaya Dair Tələblər
- Cəmiyyət üzrə ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) göstəricilərinin aidiyyəti struktur bölmələrdən toplanması, yoxlanılması və mərkəzləşdirilmiş bazada konsolidasiyasının təmin edilməsi.
- ESG mövzusunda illik və dövri hesabatlar, daxili arayışlar və rəhbərlik üçün təqdimatlar üçün məlumatların strukturlaşdırılması və hazırlanmasında iştirak etmək.
- Yerli və beynəlxalq layihələr üzrə ESG risk və imkanlarının ilkin qiymətləndirilməsi üçün analitik məlumatların hazırlanmasına dəstək vermək.
- İnvestorlar, maliyyə institutları və tərəfdaşlar tərəfindən göndərilən ESG sorğu formalarına, reytinq və due diligence tələblərinə cavabların hazırlanmasında aidiyyəti bölmələrdən məlumatların toplanmasını və koordinasiyasını təmin etmək.
- ESG ilə bağlı daxili prosedur, siyasət və standartların hazırlanması və yenilənməsi prosesində iştirak etmək, aidiyyəti bölmələrə ESG tələbləri barədə izah və dəstək göstərmək.
- ESG göstəriciləri üzrə daxili dashboard və hesabat alətlərinin hazırlanması və mütəmadi yenilənməsində iştirak etmək, zərurət olduqda qısa xülasələr və trend analizləri təqdim etmək.
- ESG üzrə qanunvericilik və beynəlxalq tələblərdə baş verən dəyişiklikləri izləmək, şirkətin fəaliyyətinə mümkün təsirləri barədə qısa məlumat və tövsiyələr hazırlamaq.
- Azərbaycan dili (mükəmməl), İngilis (əla) və Rus dilləri (yaxşı),
- Microsoft Office və digər proqramlar ESG üzrə beynəlxalq çərçivələr (GRI, SASB, TCFD, CDP, ISSB, CSRD və s.) haqqında biliklər (sertifikatların olması arzuolunandır);
- Mədən sektoru üçün aktual olan standart və təşəbbüslər (ICMM prinsipləri, IRMA, Responsible Gold Mining Principles və s.) barədə anlayış, ətraf mühitin mühafizəsi üzrə AR qanunvericiliyi haqqında biliklər;
- Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik, problem həlletmə bacarıqları, analitik düşünmə.
- Ali təhsil ( İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Ətraf mühit mühəndisliyi, Ekologiya, Beynəlxalq münasibətlər və/və ya digər uyğun ixtisaslar. ESG, dayanıqlılıq və ya korporativ sosial məsuliyyət üzrə əlavə təhsil və ya sertifikatlar üstünlük hesab olunur).
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi (ESG, dayanıqlılıq, ətraf mühit, ESG hesabatlılığı, istixana qazları emissiyaların hesablanması, GHG protokolu, ESG məlumatların toplanması, təhlili, monitorinqi, maraqlı tərəflərlə iş; və ya SƏTƏM, risklərin idarə edilməsi, korporativ idarəetmə sahəsində. Mədən, metallurgiya, neft-qaz və ya digər ağır sənaye sektorunda təcrübə üstünlükdür).
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
- Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.
Şirkət haqqında
"AzerGold" CJSC
Mining & Metals · Baku
AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.
"AzerGold" CJSC — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Data AnalysisTeamworkReport Writing
Risk ManagementProcess ImprovementData Analysis
Financial AnalysisRisk ManagementStakeholder Management



