Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə aparıcı mütəxəssis

AFFA

Vakansiya haqqında

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis vəzifəsi üzrə peşəkar və məsuliyyətli namizəd axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Futbolda sosial layihələr və klubların sosial məsuliyyəti üzrə strategiyanın hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
  • Sosial və ekoloji dayanıqlılıq siyasətlərinin hazırlanmasını və formalaşdırılmasını təmin etmək;
  • Beynəlxalq standartlara uyğun olaraq illik dayanıqlılıq və sosial məsuliyyət hesabatlarını hazırlamaq;
  • Uzunmüddətli sosial layihələri planlaşdırmaq və onların həyata keçirilməsini koordinasiya etmək;
  • Sosial, ekoloji və məsuliyyətli idarəetmə (SƏM) dayanıqlılığı meyarları üzrə futbol klubları ilə əməkdaşlığı təşviq etmək;
  • SƏM dayanıqlılığı platformasının fəaliyyətinə nəzarət etmək və onun səmərəli fəaliyyətini təmin etmək;
  • Müvafiq meyarlar üzrə seminar və təlimlərin təşkilini həyata keçirmək;
  • Uşaqların hüquq və maraqlarının qorunması üzrə məsul şəxs funksiyasını yerinə yetirmək;
  • Struktur bölmənin fəaliyyət istiqamətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Uşaq hüquqları üzrə biliklər;
  • Sosial layihələrin təşkili və həyata keçirilməsi sahəsində təcrübə;
  • Media savadlılığı və sosial şəbəkələrdən düzgün istifadə bacarığı;
  • Komanda ilə işləmək və əməkdaşlıq bacarığı;
  • Yüksək ünsiyyət və davranış mədəniyyəti;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Google Meet və Microsoft Teams proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
  • B2 (Upper-Intermediate) səviyyəsində -İngilis dili biliyi ;
  • Yüksək səviyyədə rus dili biliyi.

İş şəraiti:

  • Peşəkar və inkişafyönümlü iş mühiti;
  • Müxtəlif sosial və ekoloji layihələrdə iştirak imkanı;

Əməkhaqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
3 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
58

Şirkət haqqında

AFFA
İncəsənət, media və əyləncə, Əyləncə xidmətləri · 51-200 · Bakı
AFFA — bütün vakansiyalar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFA — Azərbaycanda futbola nəzarət edən müstəqil qeyri-hökumət təşkilatıdır.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Müvafiq sahədə minimum 1 il iş təcrübəsi tələb olunur.

Əməkhaqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.

Namizəd CV-ni mövzu hissəsində “Aparıcı mütəxəssis” qeyd etməklə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç
Göstərilməyib
Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə aparıcı mütəxəssis
Müraciət et