Vakansiya haqqında

Dələduzluq hallarının aşkarlanması və araşdırılması, fraud sxemlərinin təhlili, antifraud qayda və ssenarilərinin təkmilləşdirilməsi istiqamətində çalışacaq Monitorinq şöbəsi üzrə Aparıcı mütəxəssis axtarırıq.

Vəzifə öhdəlikləri

  • Kart və qeyri-kart əməliyyatlarının antifraud sistemləri vasitəsilə monitorinqinin aparılması;
  • Şübhəli əməliyyatların, fraud hallarının və təhlükəsizlik insidentlərinin müstəqil şəkildə araşdırılması;
  • Dələduzluq sxemlərinin, əlaqəli əməliyyatların və yaranma səbəblərinin müəyyən edilməsi;
  • Antifraud sistemlərindən və digər mənbələrdən daxil olan alert-lərin təhlili və araşdırılması;
  • Real vaxt rejimində dələduzluq əlamətlərinin aşkarlanması və müvafiq tədbirlərin görülməsi;
  • Əməliyyatların bloklanması, məhdudlaşdırılması və ya əlavə yoxlamaya yönləndirilməsi ilə bağlı qərarların qəbul edilməsi;
  • Aşkarlanmış fraud halları və tendensiyalar əsasında antifraud qayda və ssenarilərinin hazırlanması və təkmilləşdirilməsi;
  • Fraud risklərinin və yeni dələduzluq sxemlərinin təhlili, onların qarşısının alınması üçün təkliflərin hazırlanması;
  • Antifraud proseslərinin effektivliyinin artırılması üzrə təkmilləşdirmə təşəbbüslərində iştirak.

Tələblər

  • Antifraud, maliyyə monitorinqi, kart biznesi, fraud araşdırmaları və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil;
  • 24/7 monitorinq prosesini təmin edən növbəli iş rejimində işləmək imkanı;
  • Dələduzluq hallarının və sxemlərinin müstəqil araşdırılması üzrə praktiki təcrübə;
  • Antifraud qayda və ssenarilərinin hazırlanması və ya təkmilləşdirilməsi təcrübəsi;
  • Visa və Mastercard kart əməliyyatlarının iş prinsipləri üzrə biliklər;
  • Mobil və internet bankçılıq xidmətlərinin iş prinsipləri üzrə biliklər;
  • Bank və rəqəmsal ödənişlər sahəsində əsas dələduzluq sxemləri üzrə biliklər;
  • Güclü analitik düşüncə, məlumatların təhlili və araşdırma bacarıqları;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dili biliyi üstünlükdür;
  • SQL üzrə biliklər arzuolunandır.

Üstünlüklər

  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.
Yerləşmə
Bakı
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
20 sentyabr 2026

Şirkət haqqında

Birbank
Banking · Baku
Birbank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bank of Baku
Manager · 5+ ilBakı
Maaş göstərilməyib

Audit komandasını idarə edir və risk əsaslı audit yanaşması üzrə təcrübəyə malikdir

Internal AuditFraud DetectionTeam ManagementConflict Resolution+9
Müraciət et
Bir
Senior · 4+ ilBakı
Maaş göstərilməyib

Müxtəlif AI layihələrdə işləyir, Python və maşın öyrənmə bacarıqları tələb olunur.

Artificial IntelligenceMachine LearningData CleaningData Analysis+24
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Monitorinq şöbəsi üzrə aparıcı mütəxəssis
Müraciət et