Mühasibatlıq əməliyyatlarını aparır, 1C və vergi qanunvericiliyini bilir, 5+ il təcrübəsi var
Vakansiya haqqında
Struktur bölmənin adı
- İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamenti / Rəqəmsal fırıldaqçılıqla mübarizə və monitorinq şöbəsi
Vəzifənin funksiyaları:
- Mərkəzi Bankda rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində siyasət, prosedur və tələblərin hazırlanması prosesində iştirak edilməsi və müvafiq təkliflərin verilməsi;
- Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində beynəlxalq təcrübənin araşdırılması, təhlili və yerli tənzimləyici çərçivəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması;
- Mərkəzi Bankın təqdim etdiyi və ya tənzimlədiyi məhsul və xidmətlər üzrə rəqəmsal fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və bu risklərin azaldılması məqsədilə müvafiq tədbirlərin təklif edilməsi;
- Mərkəzi Bankın nəzarət subyektlərində rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində tətbiq olunan mexanizmlərin qiymətləndirilməsi və yoxlama proseslərində iştirak edilməsi;
- Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə minimum tələblərin formalaşdırılması prosesində iştirak və metodoloji dəstəyin göstərilməsi;
- Rəqəmsal fırıldaqçılıq halları üzrə məlumatların təhlili, səbəblərin müəyyən edilməsi və təkrarlanma risklərinin azaldılması məqsədilə təkliflərin hazırlanması;
- Sektor üzrə rəqəmsal fırıldaqçılıq risk indikatorlarının müəyyən edilməsi və müvafiq analitik hesabatların hazırlanmasında iştirak;
- Nəzarət subyektləri arasında fırıldaqçılıq halları üzrə məlumat mübadiləsi, erkən xəbərdarlıq mexanizmləri və sektor üzrə koordinasiyanın təmin edilməsi;
- Nəzarət subyektləri arasında məlumat mübadiləsi və erkən xəbərdarlıq mexanizmlərinin inkişafı üzrə təkliflərin hazırlanması;
- Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində mərkəzləşdirilmiş mexanizmlərin formalaşdırılması istiqamətində təhlillərin aparılması və təkliflərin verilməsi;
- Rəqəmsal fırıldaqçılıqla mübarizə ilə bağlı məsələlər üzrə Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə (ödəniş sistemləri, informasiya texnologiyaları, hüquq, risk və digər sahələr üzrə) qarşılıqlı əməkdaşlıq etmək;
- Rəqəmsal fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və idarə olunması məqsədilə digər struktur bölmələrdən daxil olan məlumatların təhlilində iştirak etmək
Texniki kompetensiyalar
- Rəqəmsal fırıldaqçılıq növləri üzrə dərin bilik
- Ödəniş sistemləri və məhsulları üzrə bilik
- Rəqəmsal fırıldaqçılıqla mübarizə və monitorinq mexanizmlərinin təhlil edilməsi və onların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması bacarığı
- Böyük həcmli məlumatların işlənilməsi, təhlili və fırıldaqçılıq əlamətlərinin müəyyən edilməsi bacarığı
- Fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin qurulması
- Risk modelləri və qiymətləndirmə yanaşmaları üzrə bilik
- Beynəlxalq standartlar və tənzimləyici yanaşmalar üzrə bilik
- İnformasiya sistemləri və inteqrasiyası üzrə ümumi bilik
Təcrübə
- Rəqəmsal fırıldaqçılıqla mübarizə, əməliyyat risklərinin idarə edilməsi və ya komplayens/AML sahələri üzrə ən azı 5 il təcrübə tələb olunur
Təhsil
- Maliyyə, bank işi, iqtisadiyyat, informasiya texnologiyaları, kibertəhlükəsizlik, məlumatların təhlili ilə bağlı ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə) tələb olunur.
Kompüter bacarıqları
- Windows OS ilə işləmə bacarığı tələb olunur
- Rəqəmsal fırıldaqçılığın idarəolunması alətləri ilə təcrübə tələb olunur
- Məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi üzrə əsas biliklər tələb olunur
- SQL – orta səviyyədə arzuolunandır
- Məlumatların vizuallaşdırılması və hesabatlılıq alətləri üzrə bilik arzuolunandır
Sertifikatlar
- Rəqəmsal fırıldaqçılıq, Komplayens/AML, əməliyyat riskləri və digər oxşar sahələrə aid sertifikat arzuolunandır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş Bakıda yerləşir.
Ən azı 5 il rəqəmsal fırıldaqçılıq, əməliyyat riskləri və ya komplayens/AML sahəsində təcrübə tələb olunur.
Rəqəmsal fırıldaqçılıq növləri üzrə dərin bilik, ödəniş sistemləri üzrə bilik, böyük həcmli məlumatların təhlili və fırıldaqçılıq əlamətlərinin müəyyən edilməsi bacarığıdır.
Azərbaycan dili yüksək səviyyədə, İngilis dili yaxşı səviyyədə tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarFırıldaqçılıq riskləri üzrə analitik üzrə Bakıda digər açıq elanlar.
Hüquqi məsələlərin tənzimlənməsi üzrə tapşırıqları icra edir və hüquqşünaslıq təhsili tələb olunur
Maliyyə hesabatlarını hazırlamaq və vergi sahəsində əməliyyatları idarə etmək üçün təcrübəli baş mühasib.
Tikinti sahəsində baş mühasib kimi 5 ildən çox təcrübəsi olan maliyyə və mühasibatlıq biliklərinə malik şəxs.

