Logistika sığortası üzrə riskləri qiymətləndirir və sığorta siyasətlərini idarə edir
Vakansiya haqqında
Əsas tələblər:
- Gömrük işi (mütəxəssis) sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Gömrük Bəyannaməçisi (mütəxəssis) ixtisas sertifikatının olması (mütləqdir);
- Azərbaycan Respublikasının gömrük qanunvericiliyi və gömrük prosedurları üzrə yaxşı biliklər;
- Elektron gömrük sistemləri ilə işləmək bacarığı;
- Məsuliyyətli, operativ və analitik düşüncə tərzinə malik olmaq.
Vəzifə öhdəlikləri:
- Gömrük prosedurları üzrə bəyannamələrin tərtib olunması və rəsmiləşdirilməsi;
- Gömrük bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanması və təqdim edilməsi;
- Mənşə, uyğunluq və digər icazə sənədlərinin əldə olunması prosesinin idarə edilməsi;
- Dövlət qurumları ilə rəsmi yazışmaların və müraciətlərin hazırlanması;
- HS kodlarının düzgün müəyyənləşdirilməsi, gömrük prosedurları üzrə gömrük ödənişlərinin hesablanması və peşəkar dəstəyin göstərilməsi;
- Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra müvafiq sənədlərin hesab-fakturanın (invoice) hazırlanması və kəsilməsi üçün mühasibatlıq şöbəsinə təhvil verilməsi;
İş şəraiti və saatları:
- Tam ştatlı iş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək; Şənbə günü saat 10:00-dan 13:00-dək;
- Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq);
- Peşəkar komanda ilə iş birliyi, maliyyə və karyera yüksəlişi üçün şərait (hər şey sizin performansınızdan asılıdır).
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və mövzu hissəsində "Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis" qeyd edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Bazar ertəsi - Cümə 09:00-dan 18:00-dək, Şənbə 10:00-dan 13:00-dək işlənir.
Gömrük işi sahəsində minimum 1-3 il iş təcrübəsi tələb olunur.
Rəqabətədavamlı əmək haqqı təklif olunur, bilik və təcrübədən asılıdır.
Bəli, mütləq Gömrük Bəyannaməçisi ixtisas sertifikatı olmalıdır.
CV-ni elektron poçt vasitəsilə göndərmək və mövzu hissəsində "Gömrük İşləri üzrə Aparıcı Mütəxəssis" yazmaq lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarGömrük işlərinə nəzarət üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Gömrük işlərinə nəzarət edir, gömrük sənədlərini hazırlayır və vergiləri hesablayır.
