Yerləşmə
Azərbaycan
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 500–2 500 ₼
Yerləşdirilib
23 iyun 2026
Dillər
Russian, English, Azerbaijani
Son tarix
23 iyul 2026

Vakansiya haqqında

İş barədə məlumat:

  • Şəhər: Bakı
  • Əmək haqqı:1500-2500 Azn

Geniş məlumat:

  • Hüquqi şəxslərin dövlət qeydiyyatı, yenidən təşkili və ləğvi ilə bağlı prosedurların həyata keçirilməsi;
  • Nizamnamə, təsis qərarı, etibarnamə, protokol və digər korporativ sənədlərin hazırlanması;
  • Şirkətin barəsində çıxarılmış məhkəmə qərarlarının icrası ilə bağlı zəruri tədbirləri görmək;
  • Hüquqi risklərin müəyyən edilməsi və onların minimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Miqrasiya məsələləri üzrə müraciətlərin hazırlanması, təqdim edilməsi və proseslərin izlənilməsi;
  • Şirkətin gündəlik fəaliyyətindən irəli gələn korporativ hüquq məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi və hüquqi risklərin qiymətləndirilməsi;
  • Patent, əmtəə nişanı və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatı ilə bağlı sənədlərin hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
  • Müqavilələrin, hüquqi rəylərin, ərizə və müraciətlərin hazırlanması və hüquqi ekspertizasının aparılması;

Tələblər:

  • Təhsil: Ali
  • İş təcrübəsi: 3-5 il
  • Hüquq sahəsində ali təhsil;
  • Hüquqşünas vəzifəsində minimum 3 il iş təcrübəsi;
  • Hüquqi şəxslərin dövlət qeydiyyatı, korporativ dəyişikliklər, miqrasiya hüququ və əqli mülkiyyət hüququ (patentlər) sahələrində praktiki təcrübə;
  • Müvafiq dövlət qurumları ilə işləmə və rəsmi prosedurların aparılması üzrə təcrübə;
  • Müqavilələrin, ərizələrin, etibarnamələrin, hüquqi rəylərin və digər hüquqi sənədlərin hazırlanması bacarığı;
  • Rus və İngilis dillərini sərbəst səviyyədə bilmək;
  • Hüquqi araşdırma və təhlil aparmaq bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik, operativlik və yüksək təşkilatçılıq bacarığı.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
1 500–2 500 ₼
Hüquqşünas
Müraciət et