Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 280-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir.
AKB qarşıya qoyduğu strateji hədəflərə çatmaq üçün peşəkar və motivasiyalı əməkdaşların potensialına güvənir. Hazırda komandamıza qoşulmaq üçün Hüquqşünas vakansiyası elan olunur.
Vakansiya haqqında:
Vəzifə: Hüquqşünas
Müraciət üçün son tarix: 30.06.2026
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
· Müqavilə layihələrinin hazırlanması, hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin verilməsi;
· Struktur bölmələrinin fəaliyyətində qanunvericiliyə riayət olunmasının monitorinqi, hüquqi risklərin və pozuntuların müəyyən edilməsi, müvafiq təkliflərin hazırlanması;
· İT, məlumatların mühafizəsi, informasiya təhlükəsizliyi və rəqəmsal xidmətlərlə bağlı hüquqi məsələlər üzrə hüquqi rəy və tövsiyələrin hazırlanması;
· Əmr, təlimat, əsasnamə, standart və digər normativ xarakterli sənədlərin hüquqi ekspertizasının aparılması və hazırlanmasında iştirak;
· Şirkətin hüquq və qanuni maraqlarının məhkəmələrdə, dövlət orqanlarında və digər təşkilatlar qarşısında təmsil və müdafiə olunması;
· Hüquqi məsələlər üzrə rəhbərliyə və struktur bölmələrə məsləhət və tövsiyələrin verilməsi.
Tələb olunan səriştələr və bacarıqlar:
· Korporativ hüquq və informasiya texnologiyaları sahəsində qüvvədə olan qanunvericiliyi bilmək, bu sahələrdə baş verən hüquqi yenilikləri izləmək və tətbiq etmək bacarığı;
· Mürəkkəb hüquqi məsələlər üzrə hüquqi rəy vermək;
· Məhkəmə və digər dövlət orqanlarında işləri müstəqil şəkildə aparmaq;
· Müqavilələrin və digər hüquqi sənədlərin ekspertizasını həyata keçirmək;
· Hüquqi riskləri müəyyən etmək və onların idarə olunması üzrə təkliflər vermək;
· Güclü analitik və sistemli düşünmə qabiliyyəti;
· Aydın şifahi və yazılı ünsiyyət bacarığı;
· Komandada işləmək və effektiv əməkdaşlıq bacarığı;
· Liderlik və komandanın fəaliyyətini koordinasiya etmək bacarığı;
· Detallara diqqət və yüksək dəqiqlik;
· MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Vəzifəyə olan tələblər:
· Hüquq ixtisası üzrə ali təhsil;
· Azərbaycan dilini səlis, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək;
· Müvafiq sahədə iş təcrübəsi, minimum 2 il;
· Əlavə peşəkar təhsil və sertifikatların olması üstünlükdür.
göndərə bilərlər.
Şirkət haqqında
Products of Bureau simplifies accessibility of credit resources. | The Azerbaijan Credit Bureau (ACB) is the first and only credit bureau in Azerbaijan, serving as a key pillar of a transparent, resilient, and data-driven financial ecosystem. By transforming credit and alternative data into actionable insights—credit histories, scores, and advanced analytics—ACB empowers financial institutions to strengthen risk management, support responsible lending, and expand financial inclusion. The integration of public-sector data further enhances the accuracy and depth of decision-making across the market.
Azerbaijan Credit Bureau — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



