Strateji maliyyə hesabatlılığı və analitik hesabatların hazırlanmasında təcrübəli menecer axtarılır
Vakansiya haqqında
Vəzifə: İnvestisiya məsləhətləri şöbəsinin mütəxəssisi
Şirkət: ABB Invest
Şəhər: Bakı
İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi)
Əmək haqqı: Razılaşma əsasında
Əlaqə: hr@abbinvest.az
Vəzifə öhdəlikləri:
- Maliyyə bazarlarını, qiymətli kağızları və digər investisiya alətlərini təhlil etmək;
- Səhmlər, istiqrazlar, investisiya fondları, ETF-lər və digər maliyyə alətləri üzrə araşdırmalar aparmaq;
- Mövcud və potensial investisiya imkanları barədə analitik arayışlar və təqdimatlar hazırlamaq;
- Bazar dəyişiklikləri, makroiqtisadi göstəricilər və emitentlər üzrə yenilikləri izləmək;
- İnvestisiya məhsullarının müştərilərə düzgün və aydın şəkildə təqdim edilməsini təmin etmək;
- Müştərilərə təqdim olunan məlumatların dəqiq, əsaslandırılmış və aktual olmasına nəzarət etmək;
- İnvestisiya məsləhətlərinin, müştəri müraciətlərinin və verilmiş təkliflərin müvafiq qaydada sənədləşdirilməsini təmin etmək;
- Şirkətin daxili prosedurlarına, etik davranış, maraqların toqquşması və komplayens tələblərinə riayət etmək;
- Şöbənin fəaliyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Bank işi, İnvestisiyaların idarə edilməsi, Mühasibat uçotu və ya digər əlaqəli ixtisaslar üzrə)
- Maliyyə bazarları, qiymətli kağızlar və investisiya məhsulları üzrə biliklər;
- Fundamental və texniki təhlil barədə anlayış;
- Maliyyə hesabatlarını və əsas maliyyə göstəricilərini təhlil etmək bacarığı;
- İnvestisiya risklərinin qiymətləndirilməsi və portfelin diversifikasiyası üzrə biliklər;
- MS Excel və PowerPoint proqramlarında işləmək bacarığı;
- Bloomberg platformasında iş təcrübəsi üstünlükdür;
- Analitik düşünmə, məlumatları müqayisə və nəticələri əsaslandırma bacarığı;
- Müştəri ehtiyaclarının təhlili və müştəriyönümlülük;
- Effektiv ünsiyyət və təqdimat bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, məxfiliyin qorunması və etik davranış prinsiplərinə sadiqlik;
- Stressə davamlılıq və komandada işləmək bacarığı;
- Maliyyə və ya investisiya sahəsində minimum 1 il iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə, rus dili – üstünlükdür (yazılı, şifahi ünsiyyət və təqdimat bacarıqları).
Üstünlük verilən meyarlar
- İnvestisiya şirkəti, bank, aktivlərin idarə edilməsi və ya maliyyə analitikası sahəsində iş təcrübəsi;
- CFA sertifikatı və ya digər müvafiq peşəkar kvalifikasiyanın mövcudluğu;
- Yerli və beynəlxalq kapital bazarları üzrə araşdırma təcrübəsi.
Müraciət qaydası:
CV-lərinizi hr@abbinvest.az ünvanına göndərin. Mövzu sətrində “İnvestisiya araşdırmaları şöbəsinin mütəxəssisi” vəzifəsini qeyd etməyi unutmayın.
Şirkət haqqında
Müasir, Sürətli, İnnovativ | ABB Invest is one of the biggest Investment Companies in Azerbaijani Capital Market. Our Company provides full range of investment services to retail and corporate clients.
ABB Invest — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Yeni beynəlxalq tərəfdaşların cəlb edilməsi və bazar araşdırmaları aparmaq bacarığı tələb olunur.
Mövcud müştəri portfelini idarə edir və texniki satış üzrə 1 il təcrübə tələb olunur
Bankın vergi hesabatlarının hazırlanmasını və vergi proseslərinin idarə edilməsini təmin edir, 5 il təcrübə tələb olunur




