Maliyyə analizi aparmaq və maliyyə hesabatlarının dəqiqliyini təmin etmək.
Vakansiya haqqında
Bir ekosistem strateji maliyyə hesabatlılığı, IFRS yanaşmaları, maliyyə modelləşdirilməsi və analitik hesabatlılıq sahələrində təcrübəyə malik Beynəlxalq Hesabatlılıq və MIS Departamentinin Baş mütəxəssisi / Meneceri axtarır. Rol biznes planlaşdırılması, maliyyə təhlili, strateji maliyyə modellərinin hazırlanması və rəhbərlik üçün qərarverməni dəstəkləyən hesabat və analitik materialların hazırlanmasını əhatə edir.
Vəzifə öhdəlikləri
Strateji layihələrdə iştirak etmək, müvafiq maliyyə modellərinin hazırlanmasını, optimallaşdırılmasını və konsolidasiyasını həyata keçirmək;
Strateji layihələr və investisiya biznesləri üçün maliyyə modelləşdirməsi və qiymətləndirmə (valuation) metodologiyalarının hazırlanması və tətbiqi;
İnvestisiya layihələrinin maliyyə təhlilinin aparılması, qərarvermə prosesini dəstəkləyən maliyyə məlumatlarının təqdim edilməsi;
İnvestisiya layihələri və bizneslərin qiymətləndirilməsinin (valuation) hazırlanması.
IFRS standartları üzrə yaranan məsələlərin həllinin təmin edilməsi, uçot siyasətlərinin hazırlanmasında iştirak və metodoloji yanaşmalarının tətbiq edilməsi;
Törəmə şirkətlərdən daxil olan məlumatlar əsasında strateji və maliyyə modellərin hazırlanması və konsolidasiyası;
Dəyərsizləşmə (impairment) testlərinin aparılması, ssenari və həssaslıq (sensitivity) analizlərinin icrası;
IFRS maliyyə hesabatlarının hazırlanması prosesində modelləşdirmə və qiymətləndirmə ilə bağlı məsələlərə dəstək göstərilməsi;
Kapitalın planlaşdırılması, bölgüsü (allocation) və investisiya proseslərinin idarə olunmasına rəhbərlik edilməsi;
Müxtəlif qiymətləndirmə metodlarından (DCF, müqayisəli şirkət analizi və s.) istifadə edərək nəticələrin əsaslandırılması;
Biznes planların, büdcə və uzunmüddətli proqnozların (forecast) hazırlanmasında iştirak.
Risklərin qiymətləndirilməsi və investisiya qərarlarına təsirinin təhlili;
Maliyyə modellərinin optimallaşdırılması və avtomatlaşdırılması;
Rəhbərlik və digər maraqlı tərəflər üçün təqdimat materiallarının hazırlanması.
Daxili və xarici auditorlarla modelləşdirmə və valuation məsələləri üzrə əməkdaşlığın aparılması;
Strateji maliyyə transformasiyası layihələrinin icrasına rəhbərlik edilməsi;
Strateji maliyyə modellərinin hazırlanması, dövri yenilənməsi (aylıq, rüblük və yarımillik əsasda), optimallaşdırılması və konsolidasiyası;
Rəhbərlik üçün dövri və ehtiyac əsasında (ad-hoc) hesabatlar, təqdimatlar və digər materialların hazırlanması;
Maliyyə təhlillərinin aparılaması, o cümlədən maliyyə modelləşdirməsi, həssaslıq (sensitivity) və ssenari analizlərininin həyata keçirilməsi;
Biznes planların, büdcələrin və uzunmüddətli maliyyə proqnozlarının (forecast) hazırlanmasında iştirak;
Əsas maliyyə göstəricilərininin təhlil edilməsi və nəticələrin rəhbərliyə təqdim edilməsi;
Daxili və xarici auditorlarla əməkdaşlıq çərçivəsində yaranan məsələlərin koordinasiyası və proseslərin icrasına nəzarətin edilməsi;
Müəyyən edilmiş istiqamətlər üzrə dövri araşdırmaların aparılması və nəticələrin xülasə şəklində təqdim edilməsi;
Müxtəlif bank komitələri və müzakirə platformaları üçün təqdimatların, analitik faylların və qısa hesabat şərhlərinin hazırlanması.
Tələblər
Maliyyə təhlili, bankçılıq və ya əlaqəli sahələrdə ən azı 3 il iş təcrübəsi;
Maliyyə, İqtisadiyyat, Biznes İdarəçiliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür);
IFRS standartları üzrə yaxşı səviyyədə bilik;
Maliyyə təhlili, investisiya qiymətləndirilməsi və biznes planlaşdırma bacarıqları;
Maliyyə modelləşdirməsi və qiymətləndirmə (valuation) sahəsində güclü nəzəri və praktiki biliklər;
Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
Excel və maliyyə modelləşdirmə alətləri üzrə yüksək səviyyədə bacarıq (PowerPoint və digər təqdimat alətləri ilə işləmə qabiliyyəti üstünlükdür);
Ssenari, həssaslıq (sensitivity) və risk analizlərinin aparılması bacarığı;
Maliyyə nəticələrini şərh etmək və əsaslandırılmış nəticələr çıxarmaq qabiliyyəti;
SQL və analitik platformalarla (məsələn, DataIKU) işləmə təcrübəsi;
Cari bank qaydaları, normativ dəyişikliklər və sahəyə dair təkliflərlə bağlı məlumatlılıq;
Böyük həcmli məlumatlarla işləmə və detallara diqqət, güclü analitik düşüncə və kompleks məlumatları strukturlaşdırmaq bacarığı;
Bazar trendləri və iqtisadi prinsiplər haqqında güclü anlayış;
Yüksək analitik düşüncə, ünsiyyət və interpersonal bacarıqlar;
Güclü problem həll etmə və tənqidi düşünmə, kompleks məlumatları strukturlaşdırmaq bacarığı;
Məsuliyyətlilik və nəticəyönümlülük;
Vaxtın effektiv idarə olunması və prioritetləşdirmə bacarığı;
Dinamik və sürətli iş mühitində işləmə bacarığı.
Üstünlüklər
Müştəriyönümlülük: Müştərilərimizə dəyər verir, onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqətlə yanaşırıq.
Multikultural iş mühiti: Xarici həmkarlarımızın fikir və təcrübələrini yüksək qiymətləndiririk. Açıq ünsiyyətə, inklüzivliyə və fərqli baxışların ifadə olunmasına inanırıq.
Rəqabətədavamlı əməkhaqqı: Rəqabətədavamlı əməkhaqqı, tibbi sığorta və illik fəaliyyət nəticələrinə əsaslanan bonus təqdim edirik.
İnkişaf imkanları: Əməkdaşlarımızın peşəkar inkişafına investisiya qoyur, aydın karyera imkanları, fərdi inkişaf planları, geniş çeşiddə onlayn kurslar və təlim proqramları təqdim edirik.
Çevik iş formatı: Distant və ofisdən işin rahat şəkildə birləşdirildiyi çevik iş formatı təklif edirik.
Rahat və cəlbedici ofis: Xoş və motivasiyaedici iş mühiti yaradan rahat və müasir ofis şəraiti təmin edirik.
Sərbəst geyim qaydası: Rahat geyinin və öz üslubunuzu sərbəst ifadə edin.
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maliyyə hesabatlarının hazırlanmasında kömək edir və güclü analitik bacarıqlara malikdir.
Məlumatların toplanması, təhlili və vizuallaşdırılması üzrə BI və analitika bacarıqları tələb olunur.
Büdcə layihələrinin hazırlanmasında məsləhətçi kimi çalışır, maliyyə analizi bacarığı tələb olunur.



