Aparıcı iqtisadçı (investisiya performansının qiymətləndirilməsi və monitorinqi)

SOCAR

Vakansiya haqqında

  • Neft-qaz və bərpa olunan enerji üzrə investisiya layihələrinin fəaliyyətini təsdiq edilmiş ilkin fərziyyələrə uyğunluq baxımından qiymətləndirmək;
  • CAPEX (kapital xərcləri), layihə qrafikləri, hasilat profilləri və aktivlərin fəaliyyət göstəriciləri üzrə plan-fakt təhlilini aparmaq;
  • Xərclər, müddətlər və əməliyyat fəaliyyət göstəriciləri ilə bağlı kənarlaşmaları müəyyənləşdirmək, təhlil etmək və izah etmək;
  • Ətraflı maliyyə və fəaliyyət göstəricilərinin təhlili vasitəsilə monitorinq fəaliyyətlərinin həyata keçirilməsinə dəstək göstərmək;
  • Layihələrin iqtisadi səmərəliliyi, dəyər itkisi və riskləri üzrə analitik hesabatlar və təqdimatlar hazırlamaq;
  • Monitorinq nəticələrinə əsaslanan düzəldici tədbir təkliflərinin hazırlanmasına və icrasının izlənilməsinə dəstək göstərmək;
  • İnvestisiya layihələrinin yerində monitorinqi və qiymətləndirilməsi məqsədilə zərurət yarandıqda beynəlxalq işgüzar səfərlərə hazır olmaq.

Xüsusi tələblər

  • Maliyyə, iqtisadiyyat, investisiya və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Neft-qaz investisiyaları, enerji layihələri, aktivlərin fəaliyyət göstəricilərinin idarə olunması və ya layihələrin monitorinqi sahəsində 3–5 il iş təcrübəsi;
  • Neft-qaz layihələrinin iqtisadiyyatı, o cümlədən CAPEX (kapital xərcləri), hasilat profilləri və xərclərə təsir edən əsas amillər üzrə praktiki biliklər;
  • Plan-fakt təhlili və fəaliyyət göstəricilərinin monitorinqi üzrə biliklər və təcrübə;
  • Güclü maliyyə modelləşdirməsi, analitik təhlil və hesabatlılıq bacarıqları;
  • ACCA, CFA, CIMA, CAIA və ya digər analoji peşəkar sertifikatlar üzrə təhsil prosesində olmaq və ya müvafiq sertifikata malik olmaq arzuolunandır;
  • Maraqlı tərəflərin effektiv idarə edilməsi bacarığı;
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək;.
  • Biz nə təklif edirik?
  • Peşəkar iş mühiti;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
  • SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
  • Nəqliyyat xidmətləri.
  • İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan
Müraciət üçün (CV):
Yerləşmə
Bakı
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 avqust 2026
Dillər
Azerbaijani, English

Şirkət haqqında

SOCAR
Oil & Gas · 10,000+ employees · Baku
SOCAR — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

SOCAR
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

Uzunmüddətli kapital bölgüsü və investisiya layihələrinin qiymətləndirilməsinə rəhbərlik edir, maliyyə modelləşdirmə bacarığı tələb olunur.

Investment AnalysisFinancial ModelingPortfolio ManagementFinancial Statement Analysis+5
Müraciət et
Azercell
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Rəqəmsal məhsulların idarə olunmasını həyata keçirir və məhsul idarəçiliyi üzrə 3 il təcrübəsi tələb olunur.

Backlog ManagementData AnalysisStakeholder ManagementUsability Testing+8
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aparıcı iqtisadçı (investisiya performansının qiymətləndirilməsi və monitorinqi)
Müraciət et