Filialın gündəlik fəaliyyətini idarə edir və satış, idarəetmə bacarıqları tələb olunur
Vakansiya haqqında
“INTERNATIONAL BOKT” ASC Bakı şəhərində yeni fəaliyyətə başlayacaq 28 May, Yeni Yasamal, Nəriman Nərimanov, Biləcəri, Həzi Aslanov və Zabrat filialları üçün Qrup Rəhbəri vəzifəsinə peşəkar və nəticəyönümlü namizədləri komandamıza dəvət edir.
Vəzifə üzrə əsas öhdəliklər
- Filial daxilində aidiyyəti işçi qrupunun fəaliyyətini effektiv şəkildə təşkil və idarə etmək;
- Qrup üzvlərinin gündəlik fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü həyata keçirmək;
- Əməkdaşların peşəkar inkişafını, motivasiyasını və məhsuldarlığını artırmaq;
- Qarşıya qoyulmuş satış və biznes hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
- Kredit məhsullarının təqdimatı və satışının təşkilinə nəzarət etmək;
- Kredit portfelinin keyfiyyət göstəricilərini izləmək və risklərin minimuma endirilməsi istiqamətində tədbirlər görmək;
- Müştərilərlə münasibətlərin yüksək xidmət standartlarına uyğun qurulmasını təmin etmək;
- Maliyyə əməliyyatlarının və daxili prosedurların düzgün icrasına nəzarət etmək;
- Qrupun fəaliyyət nəticələrini təhlil etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
- Şirkətin daxili qaydalarına, prosedurlarına və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə riayət olunmasını təmin etmək.
Namizədə tələblər
- Ali təhsil;
- Bank, BOKT və ya lombard sektorunda minimum 3 il iş təcrübəsi;
- İdarəetmə və liderlik bacarıqları;
- Komandanı idarə etmək, motivasiya etmək və nəticəyə yönəltmək qabiliyyəti;
- Güclü analitik və problem həll etmə bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Müştəriyönümlü və nəticəyönümlü yanaşma;
- Komanda ilə effektiv əməkdaşlıq etmək bacarığı;
- Təşəbbüskarlıq, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.
İş şəraiti
- İş yeri: Bakı şəhəri üzrə 28 May, Yeni Yasamal, Nəriman Nərimanov, Biləcəri, Həzi Aslanov və Zabrat filialları;
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00;
- Əmək müqaviləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi rəsmiləşdirmə;
- Əmək haqqı: Namizədin peşəkar təcrübəsi və kvalifikasiyasına əsasən razılaşma yolu ilə + bonus/motivasiya sistemi;
- Əlavə təminat: Korporativ mobil nömrə.
Vakansiya ilə maraqlanan və tələblərə cavab verən namizədlər fotoşəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:
E-mailin mövzu (Subject) hissəsində müraciət edilən vəzifənin adı və filialın adı mütləq qeyd olunmalıdır.
Nümunə:
- Qrup Rəhbəri – 28 May filialı
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Karyeranızı növbəti mərhələyə daşıyın!
“INTERNATIONAL BOKT” ASC olaraq komandamıza qoşulacaq peşəkar və liderlik potensialı yüksək namizədlərlə əməkdaşlıq etməkdən məmnun olarıq.
Şirkət haqqında
"INTERNATIONAL" Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti 21.05.2013 - ci il tarixində BKT - 12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir .
International BOKT — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Filialın gündəlik fəaliyyətini idarə edir, satış və idarəetmə təcrübəsi tələb olunur
Filialın gündəlik fəaliyyətini idarə edir və komandanı motivasiya etmək bacarığı tələb olunur
Satış prosesini idarə edir və satış komandası inkişafını təmin edir, 5 ildən çox satış təcrübəsi tələb olunur

