Gündəlik maliyyə əməliyyatlarını aparır və mühasibat uçotunda təcrübə tələb olunur
Vakansiya haqqında
Proshine MMC komandasına qoşulmaq üçün məsuliyyətli və öyrənməyə həvəsli Maliyyə köməkçisi axtarır!
Əsas vəzifə öhdəlikləri:
- Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;
- Rəsmi anbar uçotunun izlənilməsi və nəzarətdə saxlanılması;
- Sistem üzərindən elektron qaimələrin izlənilməsi və yoxlanılması;
- Maliyyə və mühasibatlıq üzrə gündəlik əməliyyatlara dəstək göstərilməsi.
Namizədə tələblər:
- Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
- Kollektivlə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Öyrənməyə və peşəkar inkişafa həvəsli olmaq;
- Maliyyə və ya mühasibatlıq sahəsində ilkin biliklərin olması üstünlükdür;
- Müvafiq sahədə praktiki təcrübə arzuolunandır.
- İş prosesi və vəzifə öhdəlikləri üzrə təlim keçirilir. Təcrübəsi az olan, lakin öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.
İş şəraiti:
- Əməkhaqqı: 550–600 AZN
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti, Qafqaz Biznes Mərkəzi
Maraqlanan namizədlərdən CV-lərini PDF formatında, mövzu hissəsində “Maliyyə köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki Bazar ertəsindən Cüməyə, saat 09:00–18:00-dır.
Əməkhaqqı 550–600 ₼ aralığındadır.
İş yeri Bakı şəhəri, Heydər Əliyev prospekti, Qafqaz Biznes Mərkəzindədir.
Təcrübəsi az olan namizədlər də müraciət edə bilər, təlim keçirilir.
CV-ləri PDF formatında, mövzu hissəsində “Maliyyə köməkçisi” qeyd edərək göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat mühasibi üzrə Bakıda digər açıq elanlar.
Mühasibat sənədlərini hazırlamaq və vergi hesabatlarını təqdim etmək üçün 2-3 il təcrübə tələb olunur
Mühasibat uçotu və audit proseslərini idarə etmək üçün 2-3 il təcrübəsi olan STAT mühasib axtarılır
Maliyyə hesabatlarını hazırlamaq, təhlil etmək və büdcə proseslərini idarə etmək üçün ən az 2 il təcrübə tələb olunur




