Vakansiya haqqında

Əsas vəzifələr

  • SOCAR Petroleum QSC-nin MHBS (IFRS) tələblərinə uyğun maliyyə hesabatlarının hazırlanmasını təmin etmək;
  • Aylıq, rüblük və illik dövrlər üzrə MHBS düzəlişlərini və hesablamalarını hazırlamaq, yoxlamaq və təhlil etmək;
  • Maliyyə vəziyyəti, mənfəət və ya zərər və digər məcmu gəlir, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişikliklər haqqında hesabatları və izahlı qeydləri hazırlamaq;
  • SOCAR Qrupunun konsolidasiya olunmuş maliyyə hesabatları üçün SOCAR Petroleum QSC üzrə hesabat paketlərini hazırlamaq və vaxtında təqdim etmək, əlaqədar sorğuları koordinasiya etmək;
  • Xarici auditorlarla sıx və davamlı əməkdaşlıq etmək, auditin bütün mərhələlərində əsas əlaqələndirici şəxs kimi çıxış etmək;
  • Audit sorğularına cavabların, sənədlərin və izahatların vaxtında təqdim edilməsini təmin etmək; audit düzəlişlərini təhlil etmək və icrasını əlaqələndirmək;
  • IFRS 9, IFRS 15, IFRS 16, IAS 12, IAS 16, IAS 36, IAS 37 və digər müvafiq standartları əməliyyatlara tətbiq etmək;
  • İcarə, əsas vəsaitlər, debitor borcları, ehtiyatlar, dəyərsizləşmə və təxirə salınmış vergilər üzrə hesablamaları yoxlamaq;
  • SAP məlumatlarını MHBS hesabatları ilə üzləşdirmək, uçot siyasəti və hesabatlılıq proseslərinin təkmilləşdirilməsində iştirak etmək.

Tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqədar sahədə ali təhsil;
  • Mühasibat uçotu, maliyyə hesabatlılığı və ya audit üzrə minimum 3 il ümumi iş təcrübəsi;
  • MHBS (IFRS) üzrə maliyyə hesabatlarının hazırlanması və ya auditi sahəsində minimum 2 il praktiki təcrübə (məcburi);
  • MHBS maliyyə hesabatlarını və izahlı qeydləri müstəqil hazırlamaq təcrübəsi;
  • Xarici auditorlarla birbaşa əməkdaşlıq və audit prosesinin əlaqələndirilməsi təcrübəsi;
  • IFRS 9, IFRS 15, IFRS 16, IAS 12, IAS 16, IAS 36 standartlarının praktik tətbiqi üzrə biliklər;
  • ACCA DipIFR, ACCA kvalifikasiyası, SAP ERP və iri müəssisə/Big Four təcrübəsi üstünlükdür;
  • MS Excel üzrə yüksək səviyyəli bilik; Azərbaycan dilində sərbəst, ingilis dilində MHBS sənədləri ilə işləmək bacarığı;
  • Analitik düşünmə, müstəqil işləmə, dəqiqlik və koordinasiya bacarıqları.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, O. Vəliyev küçəsi 1C
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
18 noyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
27 noyabr 2026
Baxış
303

Şirkət haqqında

“socar Petroleum” Qsc
1,001-5,000 · Bakı
“socar Petroleum” Qsc — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Ümumi iş təcrübəsi minimum 3 ildir, MHBS üzrə praktiki təcrübə isə minimum 2 ildir.

Müraciət e-mail vasitəsilə həyata keçirilir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İstehsalat mühasibi üzrə Bakıda digər açıq elanlar.

ALUMEKS
Təcrübəli mütəxəssis · 5+ ilBakı
1 500–2 000₼

İstehsalat mühasibatlığını aparır, maya dəyərinin hesablanması və 5 il təcrübə tələb olunur

AccountingCost AccountingFinancial Reporting1C+6
Müraciət et
Good Finance
Mütəxəssis · 2–3 ilBakı
1 400–1 800₼

Mühasibat sənədlərini hazırlamaq və vergi hesabatlarını təqdim etmək üçün 2-3 il təcrübə tələb olunur

Accounting1CInvoice preparationFinancial Reporting+8
Müraciət et

Mühasib

800–1 000₼

Vergi və maliyyə hesabatlarını hazırlamaq və ödəniş əməliyyatlarını idarə etmək bacarığı tələb olunur

Financial ReportingTax ReportingPayment ProcessingInternet Banking+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
MHBS (IFRS) üzrə böyük mütəxəssis
Müraciət et