Bankın İT struktur bölmələrinin auditini aparmaq və analitik bacarıq tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Əhəmiyyətli İT/kiber risk və insidentlər üzrə kök səbəbləri, təsirləri, nəzarət boşluqlarını və təkrarlanma riskini təhlil etmək;
- Risklərin məxsusi və qalıq səviyyəsinin düzgün qiymətləndirilməsini, tədbirlər planlarının riskə adekvatlığını və risk reyestrində məlumatların keyfiyyətini yoxlamaq;
- Yeni və əhəmiyyətli məhsul, xidmət, sistem, cloud, arxitektura və texnoloji dəyişikliklər üzrə əsaslandırılmış müstəqil risk rəyləri vermək;
- Data-sharing və data idarəetmə təşəbbüsləri üzrə data təsnifatı, keyfiyyəti, giriş, məxfilik, saxlanma, ötürülmə və üçüncü tərəf risklərini qiymətləndirmək;
- AI use case və həlləri üzrə riskləri, onların mümkün maliyyə, əməliyyat, texnoloji, hüquqi-tənzimləyici və reputasiya təsirlərini qiymətləndirmək, mövcud nəzarət mexanizmlərinin adekvatlığını nəzərdən keçirmək və zəruri riskazaldıcı tələblər üzrə əsaslandırılmış risk rəyi vermək;
- AI və data riskləri üzrə risk taksonomiyasının, qiymətləndirmə meyarlarının, risk indikatorlarının və monitorinq yanaşmalarının hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
- Yüksək riskli vendor, cloud və outsourced xidmət qiymətləndirmələrini aparmaq, davamlı monitorinq nəticələrini nəzərdən keçirmək və tədbirlərin icrasını izləmək;
- RCSA çərçivəsində İT/kiber risk və nəzarət qiymətləndirmələrinin keyfiyyətini yoxlamaq və tədbirlər planları üzrə əsaslandırılmış mövqe bildirmək;
- Control testing nəticələrinin risk səviyyəsinə təsirini qiymətləndirmək və zəruri dəyişiklikləri risk sahibləri ilə müzakirə etmək;
- Daxili Audit tapıntılarının risk dərəcəsini və tədbirlər planlarının adekvatlığını qiymətləndirmək və risk rəyi vermək;
- İT/kiber risklərin monetar qiymətləndirilməsi üzrə hesablama meyarlarının, məlumat mənbələrinin, ssenarilərin və fərziyyələrin hazırlanmasında iştirak etmək; əhəmiyyətli risklərin potensial maliyyə təsirini və faktiki itki tendensiyalarını təhlil etmək;
- İT ilə əlaqəli BIA və BCP proseslərinin icrasını koordinasiya etmək, proses kritikliyi, sistem və texnoloji asılılıqlar üzrə qiymətləndirmələrin keyfiyyətini yoxlamaq, BCP ssenarilərini və test planlarını nəzərdən keçirmək, test nəticələrini təhlil etmək və müəyyən edilmiş boşluqlar üzrə tədbirlərin adekvatlığını qiymətləndirmək;
- Sistem əlçatanlığı, downtime və təkrarlanan xidmət pozuntularını risk baxımından təhlil etmək və riskazaldıcı tədbirlərin adekvatlığını qiymətləndirmək;
- CMDB, kritik aktiv təsnifatı, vulnerability və patch-management nəticələrini risk baxımından təhlil etmək; giriş və privileged access ilə bağlı əhəmiyyətli risk istisnalarını, kompensasiyaedici nəzarətləri və istisna müddətlərini qiymətləndirmək və zəruri hallarda məsələləri eskalasiya üçün hazırlamaq;
- İT/kiber risk istisnaları üzrə riskin qəbul ediləbilənliyini, kompensasiyaedici nəzarətləri və istisna müddətini qiymətləndirmək və yekun risk rəyi hazırlamaq;
- RAS, KRI/KPI və RHI göstəricilərini təhlil etmək, yeni göstərici və hədlər üzrə təkliflər hazırlamaq və kənarlaşmaları qiymətləndirmək;
- ISO 27001, NIST və COBIT qiymətləndirmələrində risk domeni üzrə işləri, o cümlədən risklə bağlı məlumat və sübutların hazırlanmasını, mövcud boşluqların təhlilini və tədbirlər planlarının formalaşdırılmasını koordinasiya etmək;
- Aylıq və rüblük risk, insident, downtime, KRI/KPI, SRP və tənzimləyici hesabatların düzgünlüyünü və analitik keyfiyyətini yoxlamaq;
- Risk taksonomiyası, risk reyestri, dashboard, sistem və metodologiyaların inkişafı üzrə təkliflər hazırlamaq;
- İT və kiber risklər üzrə stress-test ssenarilərinin, risk amillərinin, şokların və əsas fərziyyələrin hazırlanmasını koordinasiya etmək, Stress Test komandası ilə birgə qiymətləndirmələrin aparılmasında iştirak etmək, nəticələri İT/kiber riskləri baxımından təhlil etmək və zəruri riskazaldıcı tədbirlər üzrə təkliflər hazırlamaq;
- Komanda əməkdaşlarının hazırladığı risk qiymətləndirmələrini, rəyləri və hesabatları nəzərdən keçirmək və keyfiyyətinin artırılması üçün dəstək göstərmək;
- Bankın daxili qaydalarına əməl etmək, fəaliyyət hədəflərinin icrasını təmin etmək və birbaşa rəhbərin funksional istiqamət üzrə verdiyi digər tapşırıqları yerinə yetirmək və s.r
Tələb olunan bilik, bacarıq və təcrübə
- Təhsil: İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, kompüter elmləri, informasiya sistemləri və ya əlaqəli sahə üzrə bakalavr təhsili. Magistr təhsili üstünlükdür;
- İş təcrübəsi: İT riskləri, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, İT audit və ya əlaqəli sahədə minimum 4 il;
- Peşəkar biliklər: İT və kiber risklərin idarə edilməsi, RCSA, RAS, KRI, insident, istisna, üçüncü tərəf riskləri, BIA/BCP, risk hesabatlılığı və risklərin monetar qiymətləndirilməsi üzrə dərin biliklər;
- Əlavə biliklər: Cloud texnologiyaları, IAM/PAM, vulnerability management, aktivlərin idarə edilməsi, SOC, data riskləri, data-sharing, AI risklərinin qiymətləndirilməsi və risklərin monetar ölçülməsi üzrə geniş biliklər;
- Normativ və standartlar: ISO 27001/27005, ISO 22301, NIST CSF, NIST AI RMF, ISO 42001, COBIT, PCI DSS, SWIFT CSP, GDPR və digər aidiyyəti çərçivələr;
- Texniki biliklər: Windows/Linux, şəbəkə protokolları, cloud arxitekturası, SIEM, IAM/PAM, DLP, EDR/XDR, vulnerability-management həlləri, verilənlər bazaları və SQL üzrə biliklər;
- Xarici dil: İngilis dili – əla; rus dili – arzuolunandır;
- Sertifikatlar: CRISC, CISM, CISA, CISSP, CGEIT, ISO 27001, ISO 22301, COBIT və əlaqəli sertifikatlar üstünlükdür;
- Şəxsi bacarıqlar: Güclü analitik düşünmə, peşəkar mühakimə, əsaslandırılmış mövqe bildirmə, problem həlli, danışıqlar aparma, təqdimat, koordinasiya və mentorluq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İT riskləri, kibertəhlükəsizlik və əlaqəli sahədə minimum 4 il iş təcrübəsi tələb olunur.
Bakalavr təhsili tələb olunur, magistr təhsili üstünlükdür.
İngilis dili səviyyəsi əla olmalıdır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİT və kiber risklərin idarə edilməsi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Bankın məlumat aktivləri üzrə riskləri idarə edir və data governance biliklərinə malikdir.
Bankın məlumat aktivləri üzrə risklərin idarə olunmasını və Data Risk Management funksiyasını inkişaf etdirir, minimum 2 il təcrübə tələb olunur.
İnformasiya təhlükəsizliyi siyasətləri hazırlamaq və riskləri idarə etmək üçün 3 il təcrübə tələb olunur




