Müəssisə ərazisini nəzarətdə saxlayır, təhlükəsizlik qaydalarına riayət edir və qonaqları qarşılayır.
Vakansiya haqqında
İşəgötürən: “GFC” MMC – KFC restoranlar şəbəkəsi
Namizədə aid tələblər:
- Orta ixtisas və ya ali təhsilli olması;
- Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis azərbaycan dili bilikləri;
- Komandada işləmək bacarığı;
- Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik;
- Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı;
- Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası;
- Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı;
- AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
- Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;
- Restorana daxil olan və çıxan şəxslərə, ümumi təhlükəsizlik rejiminə və daxili intizam qaydalarına nəzarət etmək;
- Restoran ərazisində quraşdırılmış videomüşahidə kameralarının, siqnalizasiya və digər təhlükəsizlik sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək;
- Restoranda yerləşən əmlakın, avadanlıqların və maddi dəyərlərin qorunmasını təmin etmək;
- Şübhəli halları vaxtında aşkar edərək rəhbərliyi məlumatlandırmaq;
- Aşkar edilmiş pozuntular, qüsurlar və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
- Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;
- Zərurət yarandıqda qaydaları pozan və ya münaqişə yaradan şəxsləri restorandan uzaqlaşdırmaq, ehtiyac olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək;
- Fövqəladə hallar (yanğın, qəza və digər) zamanı restoran ərazisində olan insanların təhlükəsizliyini təmin etmək, rəhbərliyi məlumatlandırmaq və zərurət olduqda müvafiq operativ xidmətləri çağırmaq;
- Yanğın təhlükəsizliyi, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək;
- Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
- Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: Gecə növbəsi,növbəli;
- Əmək haqqı - 660 Azn;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarətçi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İtkilərin qarşısının alınması üzrə mütəxəssis üzrə bazar adətən 450–660 ₼ ödəyir, median — 500 ₼.
9 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İtkilərin qarşısının alınması üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
İş gecə növbəsi və növbəli iş qrafiki üzrə təşkil olunur.
Əmək haqqı 660 manatdır.
Müvafiq vəzifədə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Namizəd CV-ni e-mail mövzu hissəsində “Nəzarətçi” qeyd edərək göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİtkilərin qarşısının alınması üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Ərazinin təhlükəsizliyini təmin edir, müşahidə və nəzarət bacarığı tələb olunur.
Fabrikdə təhlükəsizliyi təmin edir, giriş-çıxışa nəzarət edir və hesabatlar hazırlayır.
Əmlakın təhlükəsizliyini təmin edir, CCTV və təhlükəsizlik sistemlərini izləyir, ilk yardım bacarığı tələb olunur.



