Ərazinin təhlükəsizliyinə nəzarət edir, müşahidə və təhlükəsizlik qaydalarını bilir.
Vakansiya haqqında
Vəzifənin məqsədi:
- Təşkilatın inzibati binasında təhlükəsizliyin təmin edilməsi, giriş-çıxış rejiminə nəzarət, təhlükəsizlik sistemlərinin fasiləsiz monitorinqi, mümkün insidentlərin vaxtında aşkarlanması və müəyyən edilmiş prosedurlara uyğun ilkin tədbirlərin görülməsi.
Əsas vəzifə öhdəlikləri:
- Binaya daxil olan və binanı tərk edən əməkdaşların, ziyarətçilərin və digər şəxslərin giriş-çıxışına müəyyən edilmiş qaydalar əsasında nəzarət etmək;
- Şəxslərin qeydiyyatı, giriş icazələrinin yoxlanılması və buraxılış rejiminin tələblərinə əməl olunmasını təmin etmək;
- Videomüşahidə, girişə nəzarət, müdaxilə siqnalizasiya və yanğın siqnalizasiya sistemlərinin göstəricilərini izləmək;
- Müəyyən edilmiş marşrut və qrafiklər üzrə müşahidə və yoxlama tədbirlərini həyata keçirmək;
- Şübhəli davranışları, icazəsiz giriş cəhdlərini, təhlükəsizlik qaydalarının pozulmasını və texniki nasazlıqları vaxtında aşkar etmək, dərhal növbə rəhbərinə məlumat vermək;
- İnsidentlər zamanı təsdiq edilmiş prosedurlara uyğun ilkin tədbirlər görmək, zərurət yarandıqda müvafiq operativ xidmətlərlə əlaqələndirməni təmin etmək;
- Yanğın, fövqəladə hal və təxliyə zamanı müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun hərəkət etmək;
- Təhlükəsizlik hadisələrini, növbə ərzində görülmüş tədbirləri və aşkar edilmiş çatışmazlıqları müvafiq jurnallarda və ya elektron sistemlərdə qeyd etmək;
- Növbənin təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək;
- Xidməti məlumatların məxfiliyini qorumaq, daxili qaydalara və peşəkar davranış standartlarına riayət etmək;
- Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə dair tələblər:
- Azərbaycan Respublikası vətəndaşı olmaq;
- Kişi namizədlər üçün müddətli həqiqi hərbi xidməti keçmiş olmaq;
- Mühafizə və təhlükəsizlik sistemləri ilə işləmək, müşahidə və məlumatların qeydiyyatını aparmaq bacarığı;
- Kompüterdən və gündəlik ofis proqramlarından istifadə bacarığı;
- Yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlı olmaq;
- Yüksək diqqətlilik, məsuliyyətlilik, intizamlılıq və etibarlılıq;
- Gərgin vəziyyətlərdə təmkinli davranmaq, düzgün qərar qəbul etmək və təlimatlara uyğun hərəkət etmək bacarığı;
- Komandada işləmək və əməkdaşlarla, ziyarətçilərlə nəzakətli ünsiyyət qurmaq bacarığı;
- Növbəli, o cümlədən gecə qrafiki ilə işləməyə hazır olmaq;
- Sağlamlıq və digər uyğunluq tələblərinə cavab vermək:
- boy: kişilər üçün minimum 175 sm, qadınlar üçün minimum 165 sm;
- bədən kütləsi indeksi (BKİ): 18,5–29,9 aralığında olmalıdır; bu hədddən kənarlaşma tibbi rəy əsasında dəyərləndirilir;
Üstünlük hesab edilən meyarlar:
- Ali təhsil;
- Təhlükəsizlik və ya mühafizə sahəsində 1–3 il iş təcrübəsi;
- İri ofis binalarında, korporativ və ya institusional mühitdə mühafizə təcrübəsi;
- Hüquq-mühafizə, fövqəladə hallar və ya müvafiq təhlükəsizlik sahələrində iş təcrübəsi;
- İlk yardım və yanğın təhlükəsizliyi üzrə müvafiq təlim və ya sertifikatlar;
- İngilis və/və ya rus dili biliyi.
- Biz təklif edirik:
- Rəsmi əmək müqaviləsi və sabit əmək haqqı;
- Qanunvericiliyə uyğun illik ödənişli məzuniyyət;
- Könüllü tibbi sığorta;
- İdman zallarına üzvlük paketi.
Vakansiya həm kişi, həm də qadın namizədlər üçün açıqdır.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İtkilərin qarşısının alınması üzrə mütəxəssis üzrə bazar adətən 500–675 ₼ ödəyir, median — 643 ₼.
13 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İtkilərin qarşısının alınması üzrə mütəxəssis kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Növbəli, o cümlədən gecə qrafiki ilə işləmək tələb olunur.
Əmək haqqı sabit və rəsmi əmək müqaviləsi ilə ödənilir.
Qanunvericiliyə uyğun illik ödənişli məzuniyyət verilir.
Könüllü tibbi sığorta və idman zallarına üzvlük paketi təklif olunur.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİtkilərin qarşısının alınması üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müəssisənin ərazisinin təhlükəsizliyini təmin edir və mühafizə sahəsində təcrübə tələb olunur.
Giriş-çıxışa və işçilərə nəzarət edir, məsuliyyətli və diqqətli olmaq tələb olunur
Əraziyə giriş-çıxışa nəzarət edir və obyektin təhlükəsizliyini təmin edir, məsuliyyət tələb olunur.



