Müştəri şikayətlərini komplayens riskləri baxımından təhlil edir və riskləri idarə edir.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Şöbənin illik daxili nəzarət və yoxlama planının hazırlanmasına və icrasına rəhbərlik etmək;
- Risklərin dəyərləndirilməsi və prioritetləşdirilməsi əsasında nəzarət strategiyasını formalaşdırmaq;
- Uyğunsuzluqların yaranma səbəblərini araşdırmaq və tənzimləyici tədbirlərin icrasını təmin etmək;
- Daxili nəzarət yoxlamalarını təşkil etmək, icrasına nəzarət etmək və hesabatlıq prosesi idarə etmək;
- Şirkət siyasətləri, prosedurlar və standartlara uyğunluğun qiymətləndirilməsini təmin etmək;
- Aktivlərin qorunması, sayımların təşkili və inventar proseslərinə nəzarət etmək.
- Struktur bölmələrdə aşkar edilmiş uyğunsuzluqlar üzrə təkmilləşdirici təkliflər hazırlamaq və icrasını izləmək;
- Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik etmək, iş yükünü bölüşdürmək və intizamın təmin olunmasına nəzarət etmək;
- Daxili nəzarət nəticələrinə dair analitik hesabatlar və rəy hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Konfidensiallıq, obyektivlik və etik davranış prinsiplərinə riayət olunmasına nəzarət etmək;
- Şirkətdaxili komissiyalarda, işçi qruplarda şöbəni təmsil etmək və nəzarət mühitinin inkişafına töhfə vermək;
- Büdcə və şöbə xərclərinin idarə edilməsinə nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Komanda idarəetmə bacarığı;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Hesabatlılıq və proses idarəçiliyi bacarığı;
- Daxili nəzarət sistemləri, nəzarət nöqtələri və risk yönümlü nəzarət metodologiyası üzrə dərin bilik;
- ERP sistemləri ilə işləmə bacarığı (SAP və s.) – üstünlükdür;
- MS Office proqramlarında yüksək səviyyə, xüsusilə Excel-də analitik hesabat hazırlama bacarığı;
- FMCG, retail, istehsalat və ya logistika sahəsində iş təcrübəsi üstünlük sayılır.
Tələb olunan təhsil, iş təcrübəsi:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqədar sahə);
- Daxili nəzarət, risk və ya inventarizasiya sahəsində minimum 3–5 il iş təcrübəsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri: Aşıq Molla Cümə 46 c
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə Şöbə rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Komplayens üzrə mütəxəssis üzrə bazar adətən 1 000–2 250 ₼ ödəyir, median — 1 100 ₼.
14 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Komplayens üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Aşıq Molla Cümə 46 c ünvanındadır.
İş qrafiki tam iş günü, həftədə 5 gündür.
Daxili nəzarət, risk və ya inventarizasiya sahəsində minimum 3–5 il iş təcrübəsi tələb olunur.
Əmək bazarında rəqabətli əməkhaqqı təklif olunur.
Namizəd CV-ni mövzu hissəsində “Daxili nəzarət üzrə Şöbə rəhbəri” yazaraq göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKomplayens üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Bank əməliyyatlarının komplayens və ƏL/TMM üzrə monitorinqini aparmaq üçün 3 il təcrübə tələb olunur
Sığorta şirkətində komplayens risklərini idarə etmək və qanunvericiliyə uyğunluğu təmin etmək.
İş proseslərinin təşkili və icrasına nəzarət edir, minimum 2 il təcrübə tələb olunur




