İnformasiya təhlükəsizliyi üzrə idarəetmə, risk və komplayns böyük mütəxəssisi (GRC)

Express Bank

Vakansiya haqqında

Təsvir

  • İnformasiya təhlükəsizliyi istiqamətində siyasət, prosedurların və standartların tərtibedilməsi;
  • Sənədlərin aktuallığının daimi nəzarətdə saxlanılması;
  • Uyğunluğun pozulması hallarının aşkar edilib araşdırılması;
  • İT risklərinin qiymətləndirilməsi istiqamətində əməliyyatların aparılması;
  • Mövcud siyasət proseduru ve standartların tətbiq edilməsinə nəzarət;
  • İnformasiya Təhlükəsizliyi üzrə müəssisədaxili normativ sənədlərin hazırlanması;
  • Bank üzrə İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsinin təşkili və inkişafı;
  • İnformasiya Təhlükəsizliyi üzrə requlyator tələblərinin və beynəlxalq təcrübələrin tətbiq olunması üzrə tədbirlərin həyata keçirilməsi;
  • İT və İnformasiya Təhlükəsizliyi sahəsində olan uyğunsuzluqları müəyyən etmək məqsədilə yoxlamaların həyata keçirilməsi;
  • İnformasiya Təhlükəsizliyinin təmin edilməsi üçün nəzarət mexanizmlərinin qurulması;
  • Audit zamanı koordinasiyalı işin təşkili.

Tələblər

  • İnformasiya texnologiyaları və ya İnformasiya təhlükəsizliyi sahəsində ali təhsil;
  • İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 3 il iş təcrübəsi;
  • İngilis dili upper-intermediate səviyyəsində;
  • İT sistem və şəbəkə üzrə anlayış;
  • ISO 27001, NIST, COBIT, ITIL və s kimi standardlar haqqında praktiki biliklərin olması;
  • CISSP, CISA, CISM, ISO 27001, CRISC kimi sertifikatları olanlara üstünlük verilir;
  • Nəzarət etmək, qərar vermək, nəticəyə yönəlmək bacarıqları;
  • Təhlil bacarıqları, məsuliyyətli təşəbbüskarlıq, təşkilatçılıq qabiliyyəti, dəqiqlik.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyul 2026
Dillər
English
Son tarix
30 avqust 2026

Şirkət haqqında

Express Bank
Banking · Baku
Express Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Xalq Bank
Middle · 1+ ilBakı
Maaş göstərilməyib

Bankın İT struktur bölmələrinin auditini aparmaq və analitik bacarıq tələb olunur.

ISO 27001Risk identificationInternal Control AssessmentIT Risk Management+9
Müraciət et
PASHA Holding
Senior · 3–5 ilBakı
Maaş göstərilməyib

Şirkətin IT sistemlərinin auditini aparır, IT audit və risk sahəsində 3-5 il təcrübəsi var.

SwiftISO 27001TeamworkOracle+14
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnformasiya təhlükəsizliyi üzrə idarəetmə, risk və komplayns böyük mütəxəssisi (GRC)
Müraciət et