Korporativ katiblik şöbəsinin mütəxəssisi

PASHA Insurance

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 iyun 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
23 iyul 2026

Vakansiya haqqında

PAŞA Sığorta ASC namizədləri Hüquq Departamentinin Korporativ Katiblik Şöbəsinin Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu vəzifə şirkətin kollegial orqanlarının iclaslarının təşkili, iclas materiallarının idarə olunması və hüquqi sənədləşdirmə proseslərinin effektiv şəkildə həyata keçirilməsinə cavabdehdir, həmçinin hüquqi və inzibati məsələlər üzrə rəhbərliyə dəstək göstərərək korporativ idarəetmənin səmərəliliyinin artırılmasına töhfə verir.

Öhdəliklər

  • Qərarların rəsmiləşdirilməsindən irəli gələn inzibati işləri həyata keçirmək;
  • Təhkim olunduğu iclasların hazırlanmasına, materialların toplanması və sistemləşdirilməsinə, iclaslara dair bildirişlərin, gündəliklərin və materialların iştirakçılara göndərilməsinə cavabdehlik daşımaq və bu iclaslarda iştirak etmək;
  • İclaslarda iştirak edəcək məruzəçiləri iclasın yeri və çıxış vaxtları barədə öncədən məlumatlandırmaq;
  • İclasların gedişatında qanunvericilik, korporativ idarəetmə və digər hüquqi məsələlərə dair rəy bildirmək;
  • İştirak etdiyi iclasların protokollarının rəsmiləşdirilməsinə və son materiallarının qorunub saxlanılmasına cavabdehlik daşımaq;
  • İclas və ya görüşlərin nəticəsi barədə Korporativ Katibə və ya İdarə Heyətinin sədrinə yazılı və ya şifahi şəkildə məruzə etmək;
  • İclasların səmərəliliyinin artırılması üçün təkliflər vermək və işin yaxşılaşdırılmasına yönələn təşəbbüslərlə çıxış etmək;
  • Səlahiyyətləri çərçivəsində müvafiq layihələrdə iştirak etmək;
  • Birbaşa rəhbərin tapşırığı ilə hüquqi təhlillər aparmaq, hüquqi xarakterli məsələlərə dair rəy vermək, arayışlar və məlumatlar hazırlamaq;
  • Birbaşa rəhbərin tapşırığı ilə şirkətin funksional bölmələri ilə əməkdaşlıq etmək, zəruri məlumat və sənədləri əldə etmək, təhlil və ümumiləşdirmə aparmaq, verilmiş göstərişlərin icra statusunu öyrənmək;
  • Birbaşa rəhbərin tapşırığı ilə səlahiyyətləri çərçivəsində digər işləri icra etmək.

Bilik və Bacarıqlar

  • Qanunvericilik aktları və şirkət daxilində qüvvədə olan normativ aktlar üzrə biliklər;
  • Ünsiyyət qurmaq və fikirlərini aydın ifadə etmək bacarığı;
  • Çətin şəraitdə işləmək və komanda ilə əməkdaşlıq etmək bacarığı;
  • Yüksək təşkilatçılıq və sistemləşdirmə bacarıqları;
  • Analitik düşüncə və təşəbbüskarlıq;
  • Dil bilikləri: Azərbaycan dili biliyi mükəmməl səviyyədə tələb olunur, İngilis dili və Rus dili bilikləri arzuolunandır.

Təhsil və Təcrübə

  • Ali təhsil (Hüquq və ya Maliyyə ixtisası üzrə);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.

Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada çalışma imkanı;
  • Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar;
  • Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mühiti;
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Korporativ katiblik şöbəsinin mütəxəssisi
Müraciət et