Hüquqi sənədləri tərtib edir, hüquqi ekspertiza aparır və korporativ idarəetmə işlərini bilir
Vakansiya haqqında
Əsas vəzifələr
- Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklərin edilməsi və həmin dəyişikliklərin dövlət qeydiyyatına alınması (o cümlədən hüquqi ünvanın dəyişdirilməsi, təsisçi və ya direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnamə və ya əsasnaməyə edilən digər dəyişikliklər);
- Korporativ idarəetmə üzrə hüquqi dəstəyin göstərilməsi;
- Tələb olunan korporativ və hüquqi sənədlərin hazırlanması və toplanması;
- Müqavilələrin hazırlanması, təhlili və hüquqi ekspertizasının həyata keçirilməsi;
- Bütün növ əqdlər, o cümlədən beynəlxalq müqavilə və sazişlər üzrə hüquqi rəyin verilməsi;
- Müvafiq fəaliyyət sahələri üzrə lisenziya və icazələrin alınmasının hüquqi müşayiəti;
- Əmtəə nişanlarının qeydiyyatı;
- Əqli mülkiyyət hüquqlarının qorunması (əmtəə nişanları, müəllif hüquqları və s.);
- Hüquqi risklərin təhlili və risklərin idarə olunması strategiyasının hazırlanması;
- Hüquqi məsləhət xidmətlərinin göstərilməsi;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların düzgün tətbiqinə nəzarətdə iştirak;
- Məhkəmə işlərinə nəzarət və prosessual müşayiət;
- Dövlət orqanları ilə münasibətlərdə hüquqi təmsilçilik;
- Müvafiq dövlət orqanları ilə danışıqların aparılması;
- Dövlət qurumları ilə rəsmi yazışmaların hazırlanması və həyata keçirilməsi;
- Tərəfdaşlar və üçüncü şəxslərlə hüquqi yazışmaların aparılması;
- Danışıqlar prosesində hüquqi mövqenin formalaşdırılması və müdafiəsi.
Tələblər
- Hüquq üzrə ali təhsil
- Hüquqşünas vəzifəsində minimum 1 il iş təcrübəsi (Logistika, istehsalat və xidmət sahələrində təcrübə arzuolunandır)
- Korporativ, kommersiya, əmək və biznes hüququ sahələrində güclü biliklər;
- Müqavilə hüququ, Əmək, Mülki, Miqrasiya və Vergi Məcəllələri üzrə biliklər
- Müqavilələrin hazırlanması və hüquqi ekspertizası sahəsində təcrübə
- Azərbaycan qanunvericiliyini dərindən bilmək
- Analitik düşüncə və hüquqi riskləri qiymətləndirmə bacarığı
- Komandada və müstəqil işləmək qabiliyyəti
- İngilis dili biliyi – minimum B2 səviyyəsi (xüsusilə sənədlərlə iş və yazışmalar üçün)
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
Hüquqşünas vəzifəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
İngilis dili biliyi minimum B2 səviyyəsində olmalıdır.
Müraciət üçün CV və əlaqədar sənədlər tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçKorporativ, kommersiya, əmək və biznes hüququ sahələrində güclü biliklər tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ katiblik üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Korporativ hüquq, müqavilə hüququ və maliyyə sektorunun hüquqi müşayiəti üzrə sənədlərin hazırlanması və ekspertizası aparır
Korporativ sənədlərin hazırlanmasına və hüquqi ekspertizaya dəstək göstərmək üçün hüquq təhsilli mütəxəssis tələb olunur
Cəmiyyətin korporativ hüquq məsələlərini idarə edir və müqavilələrin hazırlanmasında təcrübə tələb olunur.




