KOB kreditləri üzrə mütəxəssis / aparıcı mütəxəssis

Unibank

Vakansiya haqqında

Təsvir
SME Kreditləri komandamıza peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət edirik. Bu vəzifədə siz kiçik və orta sahibkarlıq (SME) subyektlərinin maliyyə təhlili, kredit layihələrinin hazırlanması və kredit portfelinin effektiv idarə olunmasında aktiv rol alacaqsınız.
Vəzifə öhdəlikləri
  • Yeni SME müştərilərinin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;
  • SME müştərilərindən daxil olan kredit müraciətlərinin qəbul edilməsi, biznes fəaliyyətinin, maliyyə vəziyyətinin və kredit qabiliyyətinin hərtərəfli təhlilinin aparılması;
  • Maliyyə təhlilinin nəticələrinə əsasən kredit təkliflərinin hazırlanması və bankın daxili prosedurlarına uyğun rəsmiləşdirilməsi;
  • Kredit sənədlərinin tam, düzgün və vaxtında hazırlanmasının təmin edilməsi;
  • Müştərilərin maliyyə hesabatlarının və digər zəruri sənədlərinin təhlili, kredit risklərinin qiymətləndirilməsi və risklərin minimuma endirilməsi üçün təkliflərin hazırlanması;
  • Kredit portfelinin davamlı monitorinqinin aparılması, ödəniş intizamına nəzarət edilməsi və potensial risklərin vaxtında müəyyənləşdirilməsi;
  • Bankın daxili qaydalarına, prosedurlarına və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərilməsi.
Tələblər
  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə);
  • SME kreditləri, biznes kreditlərinin təhlili və ya kreditləşmə sahəsində minimum 1–3 il iş təcrübəsi;
  • Biznesin maliyyə təhlili, maliyyə hesabatlarının təhlili və kredit risklərinin qiymətləndirilməsi üzrə dərin biliklər;
  • Güclü analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
  • Yüksək səviyyədə ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Müştəriyönümlü yanaşma, məsuliyyətlilik və nəticəyönümlülük;
  • MS Excel proqramı ilə sərbəst işləmək bacarığı.
Biz nə təklif edirik?
  • Azərbaycanın aparıcı banklarından birində peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
  • SME seqmentində müxtəlif kredit layihələri üzərində işləmək imkanı;
  • Güclü peşəkar komanda ilə işləmək və təcrübə mübadiləsi aparmaq imkanı;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiya sistemi;
  • Davamlı təlim və inkişaf proqramları.
Vakansiya haqqında
Son tarix
October 28, 2026
Paylaşılıb
sentyabr 28, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Maliyyə, Biznes və idarəetmə

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Azərbaycan
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 oktyabr 2026
Baxış
73

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Kredit mütəxəssisi üzrə bazar adətən 700–1 000 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

35 açıq vakansiya, 44 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Kredit mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Unibank
Banking · 1001-5000 · Bakı
Unibank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Vakansiya tam ştat üzrə iş üçün nəzərdə tutulub.

Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiya sistemi təklif olunur.

SME kreditləri və ya biznes kreditlərinin təhlili sahəsində minimum 1–3 il iş təcrübəsi tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Kredit mütəxəssisi üzrə digər açıq elanlar.

GL ASC
Middle · 1+ ilBakı
800₼

Kreditləşmə və müştəri əlaqələrinin idarə edilməsində təcrübəli, satış bacarıqları olan mütəxəssis axtarılır

Customer Relationship ManagementCredit AnalysisFinancial AnalysisSales+3
Müraciət et
Xalq Bank
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Korporativ müştərilərlə işləyir, bank məhsullarını satmaq və maliyyə təhlili aparmaq bacarığı tələb olunur

Corporate SalesCustomer Relationship ManagementFinancial AnalysisPortfolio Management+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
RM Lombard
JuniorBakı
600₼

Müştərilərə lombard xidmətləri göstərir, kreditləri rəsmiləşdirir və ödənişləri qəbul edir.

ResponsibilityComputer LiteracyMicrosoft ExcelMicrosoft Word+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
KOB kreditləri üzrə mütəxəssis / aparıcı mütəxəssis
Müraciət et