Müştərilərə kreditlə satış barədə məlumat verir və kredit müraciətlərini analiz edir.
Vakansiya haqqında
Tələblər:
- Maliyyə, mühasibat uçotu, biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
- Debitor borcların idarə edilməsi və ya maliyyə/mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilində sərbəst;
- Analitik düşünmə, diqqətlilik və rəqəmlərlə işləmə bacarığı;
- Müştərilərlə effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Hüquq üzrə biliklər üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş aylıq debitor borc yığım planlarının icrasını təmin etmək;
- Borclularla telefon, rəsmi yazışma və görüşlər vasitəsilə əlaqə saxlayaraq ödənişlərin vaxtında həyata keçirilməsini təmin etmək;
- Müştərilər üzrə debitor borcların gündəlik uçotunu aparmaq və məlumatların düzgünlüyünü təmin etmək;
- Müştərilərin ödəniş qrafiklərinə nəzarət etmək və gecikmiş ödənişlər üzrə müvafiq tədbirlər görmək;
- Debitor borcların yaşlandırma analizini aparmaq, riskli və problemli borcları müəyyənləşdirmək;
- Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra vəziyyətinə nəzarət etmək, icra prosesi üzrə aidiyyəti qurumlarla koordinasiyanı təmin etmək və zəruri tədbirlər görmək;
- Debitor borclularla qarşılıqlı hesablaşmaların aparılmasında və üzləşmə aktlarının hazırlanmasında iştirak etmək;
- Debitor borclar üzrə dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Problemli borcların hüquqi müstəviyə qədər olan mərhələsini idarə etmək, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;
- Debitor borcların azaldılması və ödəniş intizamının gücləndirilməsi ilə bağlı təkliflər vermək.
İş şərtləri və əlavə üstünlüklər:
- İş yeri: Bakı şəhəri (Çıraq Plaza biznes mərkəzi);
- İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00;
- Əmək haqqı: Sabit + hədəf əsaslı bonus;
- Ezamiyyətlərə açıq iş rejimi;
- Şəxsi avtomobilin olması üstünlükdür (amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır);
- Könüllü tibbi sığorta (3 ay sonra);
- “Dəyərlisən” mobil tətbiqi “PAŞA Loyallıq platforması.
Vakansiya ilə bağlı “Debitor borclar üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kredit mütəxəssisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 775 ₼.
39 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Food City Aqrokompleks beynəlxalq ticarətin həyata keçirildiyi çoxfunksiyalı logistik mərkəzdir. Kompleks logistika şirkətlərinə, brokerlərə, istehsalçılara və treyderlərə ixrac, idxal, tranzit həmçinin reeksport əməliyyatları üzrə geniş…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Çıraq Plaza biznes mərkəzidir.
Həftənin 5 günü, 09:00–18:00 saatları arasında işlənir.
Əmək haqqı sabit və hədəf əsaslı bonusdan ibarətdir.
CV-nizi mövzu hissəsində “Debitor borclar üzrə mütəxəssis” adını qeyd etməklə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçEzamiyyətlərə açıq iş rejimi, şəxsi avtomobilin olması üstünlükdür, amortizasiya xərcləri qarşılanır, 3 ay sonra könüllü tibbi sığorta təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Kredit məhsullarını təqdim edir, kredit risklərini analiz edir və müştəri bazasını idarə edir.
Müştərilərin maliyyə vəziyyətini təhlil edir və kredit məhsullarının satışını təmin edir.
Kredit portfelinin idarə olunması və müştəri əlaqələrinin qurulması üçün 1 il təcrübə tələb olunur.




