Kredit portfelini idarə edir, aktiv satış aparır və yüksək ünsiyyət bacarığı tələb olunur.
Vakansiya haqqında
İş yeri: Bakı və Region filialları
Əsas vəzifə öhdəlikləri
- Aktiv satışların təşkili və potensial müştərilərin cəlb edilməsi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və mövcud müştərilərlə mütəmadi əlaqələrin saxlanılması;
- Müştəri müraciətlərinin qəbul edilməsi, təhlili, kredit komitəsinə təqdim olunması və kreditlərin rəsmiləşdirilməsi;
- Yeni kredit məhsulları və satış metodlarının inkişafı ilə bağlı təkliflərin hazırlanması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə operativ və keyfiyyətli xidmət göstərilməsi;
- Daxil olan şikayət və müraciətlərin araşdırılması və həllinin təmin edilməsi;
- Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət;
- Satış və kreditləşmə proseslərinin effektivliyinin artırılmasına yönəlmiş təşəbbüslərdə iştirak.
Namizədə tələblər
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali və ya natamam ali təhsil;
- Yüksək ünsiyyət və müştəriyönümlülük bacarığı;
- Fərdi və komanda şəklində işləmək bacarığı;
- Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı;
- Bank və ya bank olmayan kredit təşkilatlarında iş təcrübəsi;
- Lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şəraiti
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
- İş yeri: Bakı və region filialları
Əməkhaqqı və bonus sistemi
Başlanğıc kateqoriya:
- 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN-dək
Yuxarı kateqoriya:
- 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN-dək
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu sətrində: “Baş Kredit Mütəxəssisi” qeyd olunması xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Göndərilən CV-lər şirkətin məxfi məlumat bazasında saxlanılır və vakansiyalar üzrə namizədlərin qiymətləndirilməsi məqsədilə istifadə olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kredit mütəxəssisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 775 ₼.
39 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kredit mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı və region filiallarında yerləşir.
Bazar ertəsindən cüməyədək, saat 09:00-dan 18:00-dəkdir.
Başlanğıc kateqoriya 400 AZN əməkhaqqı + 800 AZN bonus, yuxarı kateqoriya 600 AZN əməkhaqqı + 1200 AZN bonusdur.
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi tələb olunur.
Namizədlər CV-lərini mövzu sətrində “Baş Kredit Mütəxəssisi” qeyd etməklə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə işləyir, kredit müraciətlərini təhlil edir və kredit sənədlərini hazırlayır.
Yeni müştərilərin cəlb edilməsi və kredit portfelinin idarə olunması üzrə təcrübə tələb olunur.
Kredit məhsullarını təqdim edir, kredit risklərini analiz edir və müştəri bazasını idarə edir.



