Bank məhsullarını tanıdaraq potensial müştərilərlə əlaqə qurur və satış prosesini idarə edir.
Vakansiya haqqında
İş yeri: Bölgə filialları (Göyçay, Ağcabədi, Ağdaş, Kürdəmir)
Vəzifə öhdəlikləri:
- Potensial müştərilərin cəlb edilməsi və kredit məhsullarının təqdimatı;
- Kredit müraciətlərinin qəbul edilməsi və ilkin təhlilinin aparılması;
- Müştərilərin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
- Verilmiş kreditlər üzrə monitorinqin aparılması;
- Kredit portfelinin keyfiyyətinin qorunması və problemli kreditlərlə bağlı tədbirlərin həyata keçirilməsi;
- Daxili qayda və prosedurlara uyğun fəaliyyət göstərilməsi.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Maliyyə, bank işi və ya satış sahəsində iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Ünsiyyət, təqdimat və satış bacarıqları;
- Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı;
- Şəxsi avtomobilin olması üstünlük hesab olunur.
Şirkət təklif edir:
- Rəqabətədavamlı əməkhaqqı və bonus sistemi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Korporativ təlimlər və davamlı inkişaf proqramları;
- Dinamik və peşəkar iş mühiti.
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Kredit mütəxəssisi (Filialın adını qeyd edin) başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur
Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
8 sentyabr 2026
Dillər
Azerbaijani
Son tarix
8 oktyabr 2026
Şirkət haqqında
ASEL Kredit
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex · Bakı
ASEL Kredit Bank olmayan kredit təşkilatı istehlak kreditləri, avtolizinq, qızıl-zinət əşyalarının girovu ilə kreditlər fəaliyyətini göstərir.
ASEL Kredit — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib5 gün qalıb
Maaş göstərilməyib
Turizm sahəsində outgoing tur paketlərinin hazırlanması və satışı üzrə 2 il təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
SAT və IELTS kurslarının satışını həyata keçirir, minimum 2 il satış təcrübəsi tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
1 500–2 500₼
Yeni müştərilər cəlb edir, satış planları hazırlayır və B2B satışda 5 il təcrübəsi var.
Müraciət etAsan müraciətAsan müraciət




