Sahə satışları üzrə müştərilərlə görüşür, xidmətləri təqdim edir və satır, güclü kommunikasiya bacarığı tələb olunur
Vakansiya haqqında
Birbankın Birbaşa satışlar bölməsində Dağlıq Şirvan regionunda satış şəbəkəsinin genişlənməsində birbaşa iştirak edərək potensial müştərilərlə və tərəfdaşlarla aktiv ünsiyyət quracaqsan. Region üzrə sahə görüşlərinin keçirilməsi, bank məhsullarının birbaşa təqdimatı və satışı, yeni müştərilərin cəlb olunması və satış nöqtələrində xidmət keyfiyyətinin yüksəldilməsi sənin əsas fəaliyyət istiqamətlərin olacaq.
Vəzifə öhdəlikləri
- Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
- Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərilməsi;
- Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirilməsi;
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi;
- Bankın filiallarına yönləndirilməsi;
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi ilə bağlı müvafiq hesabatların aparılması.
Tələblər
- Ali təhsil;
- Satış bacarığı;
- Dəyişən mühitə çevik adaptasiya;
- Effektiv kommunikasiya və komandaya sürətli uyğunlaşma;
- Sahiblənmə və məsuliyyət hissi;
- Dəyişən mühitə çevik adaptasiya;
- Davamlı öyrənmə və inkişaf həvəsi;
- Müştəriyönümlü yanaşma.
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Satış üzrə mütəxəssis üzrə bazar adətən 600–1 100 ₼ ödəyir, median — 800 ₼.
81 açıq vakansiya, 297 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Satış üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSatış üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştərilərlə işləyir, satış və marketinqdə aktiv iştirak edir, rus dili bilməlidir.
Müştərilərlə ünsiyyət qurur, satışları idarə edir və yeni müştərilər cəlb edir, minimum 1 il təcrübə tələb olunur
Elektronika mağazasında satış prosesini idarə etmək və müştəri münasibətlərini qurmaq tələb olunur




