Kredit portfelini idarə edir, müştərilərlə işləyir və kredit sənədlərini hazırlayır, minimum 1 il təcrübə tələb olunur.
Vakansiya haqqında
“GL” ASC (Sizin Lombard) Tovuz, Qazax regionu üzrə təcrübəli Kredit mütəxəssisi işçi qəbulu elan edir.
Əsas vəzifələr:
- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil/ natamam ali təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
İş şəraiti
- Ə/h: 400-600 AZN + əməkhaqqının iki misli qədər bonus almaq imkanı
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Təcrübəli kredit üzrə mütəxəssis (müvafiq filial qeyd etməklə)” başlığı ilə Uyğun namizədlər cvlərini müvafiq başlıq ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan bütün əlavə, göndərilən CV-lər məxfi məlumat bazasına daxil edilir.
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Kredit mütəxəssisi kimi aktiv satış aparır və kredit təhlili bacarığı tələb olunur.
Müştərilərlə uzunmüddətli münasibətlər qurur və müqavilələrin hazırlanmasını bacarır.
Müştəri müraciətlərini qəbul edir, müqavilələr hazırlayır və portfelə nəzarət edir, maliyyə təhsili tələb olunur.


