ƏL/TMM əməliyyatlarının monitorinqini aparır və müştəri identifikasiyasını həyata keçirir.
Vakansiya haqqında
Vakansiyanın tələbləri:
- Ali təhsili (İqtisadiyyat, Maliyyə, Hüquq) olan;
- Analitik düşüncə tərzi və problem həll etmə bacarığı olan;
- Müvafiq sahədə ən azı 3-4 il iş təcrübəsi olan;
- Microsoft Office bilikləri olan;
- İngilis dili biliyi olan;
- ƏL/TMM sahəsini tənzimləyən yerli qanunvericilik bazası və beynəlxalq standartlar üzrə bilikləri olan;
- IT yönümlü (SQL proqramlaşdırma dili) biliklərin olması üstünlükdür;
- CAMS və s. beynəlxalq sertifikatların olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- ƏL/TMM qanunvericiliyinin tələblərinə uyğun olaraq müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsini təmin etmək;
- Qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, təhlili və araşdırılmasını həyata keçirmək;
- Yüksək riskli müştərilər və əməliyyatlar üzrə davamlı monitorinqlərin aparılmasını təmin etmək;
- Müştəri bazasının sanksiya siyahıları ilə uyğunluğunun yoxlanılması və aşkar edilmiş uyğunluqların təhlilini həyata keçirmək;
- Maliyyə Monitorinqi Orqanına təqdim edilməli hesabatların hazırlanması, avtomatlaşdırılması və müəyyən edilmiş qaydada təqdim olunmasını təmin etmək;
- Sahəvi və institusional ƏL/TMM risk qiymətləndirilməsini həyata keçirmək və nəticələrinə uyğun tədbirlər görmək;
- Müştərilərin müəyyən edilmiş ƏL/TMM risk meyarları əsasında risk dərəcələrinin müəyyən edilməsini və müvafiq risk qruplarına təsnifləşdirilməsini təmin etmək;
- Fəaliyyət istiqaməti üzrə digər struktur bölmələrlə məlumat və sənəd mübadiləsini həyata keçirmək, daxil olan sorğuları araşdırmaq və müvafiq rəylər vermək;
- ƏL/TMM sahəsi üzrə daxili qayda və prosedurların hazırlanmasında, təkmilləşdirilməsində və onlara dəyişikliklərin edilməsində iştirak etmək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət 2 il ərzində sistemdə aparılan texniki işlərin yekunlaşması və “Visa”/ “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərindən…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Ən azı 3-4 il iş təcrübəsi tələb olunur.
Yerli qanunvericilik bazası və beynəlxalq standartlar üzrə biliklər tələb olunur.
CV-nizi vakansiyanın adını qeyd etməklə elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAML/KYC mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Bankın AML şöbəsində əməliyyatların monitorinqinə dəstək olmaq və analitik bacarıq tələb olunur.
ÇPY və PL/TMM sahəsində monitorinq aparır, siyasət hazırlayır, minimum 1 il təcrübə tələb olunur.
Müştəri uyğunluğu tədbirlərini həyata keçirir və AML qanunvericiliyini bilir.



