Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 iyul 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
20 avqust 2026

Vakansiya haqqında

Təsvir

  • Müştərilərə kredit məhsulları haqqında məlumatın verilməsi;
  • Kredit müraciətlərinin qəbul və analiz edilməsi;
  • Müştəri hesablarının aparılmasına dair xidmətlərin göstərilməsi;
  • Daxil olan müraciətlərin vaxtında icra olunması və müvafiq sənədlərin tərtib olunması;
  • Hissəvi satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumatın verilməsi;
  • Müştəri və müqavilə məlumatlarının əməliyyat proqramına daxil edilməsi;
  • Kredit portfelinə nəzarətin həyata keçirilməsi;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

İş şəraiti:

  • İş qrafiki: növbəli (09:00-17:00; 10:00-20:00; 11:00-21:00;.13:00-22:00).
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Evdən işləmə imkanı.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
  • Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı);
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Ünsiyyətcillik, təşəbbüskarlıq;
  • Komandada işləmək bacarığı;
  • Mükəmməl kommunikasiya qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Şirkət haqqında

Kontakt Home
Retail · Baku

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.

Kontakt Home — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Kreditor
Müraciət et